logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

2019-cu ilin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olundumu?

2019-cu ilin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olundumu?

Xəbərin qısa icmalı

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev 2019-cu ilin oktyabrında demişdi ki, ilin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq.

- BNA-nın 2021-ci ilin martında verdiyi açıqlamada qeyd olunur ki, həmin vaxt Bakıdakı avtobusların 48%-i kartla ödənişi qəbul edir.

- Bu ilin əvvəlinə olan göstəriciyə görə, paytaxtdaklı avtobusların 58%-də kartla ödəniş etmək mümkündür.

“İlin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq”. 

Bunu, 2019-cu ilin oktyabrında jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Fakt Yoxla” Bakı Nəqliyyat Agentliyinin 2019-cu ilin sonunadək Bakıda bütün avtobusların kart sisteminə keçəcəyi ilə bağlı vədini yerinə yetirib-yetirmədiyini araşdırıb.

Qeyd edək ki, Bakıdakı avtobuslarda kartla ödəniş sistemi 2013-cü ildən etibarən fəaliyyətə başlayıb. BNA 2019-cu ilin sonunadək paytaxtdakı avtobusların hamısının kart ödəniş sisteminə keçiriləcəyini bildirsə də, 2021-ci ilin martında  verdiyi açıqlamada qeyd edib ki, həmin vaxt Bakıdakı avtobusların 48%-i kartla ödənişi qəbul edir.

BNA-nın Bakıdakı avtobusların kart ödəniş sisteminə inteqrasiyası ilə bağlı sonuncu açıqlaması 2023-cü ilin yanvarına təsadüf edir. Bu ilin əvvəlinə olan göstəriciyə görə, paytaxtdaklı avtobusların 58%-də kartla ödəniş etmək mümkündür. 

“Fakt Yoxla”nın araşdırmasına görə, Bakı Nəqliyyat Agentliyinin 2019-cu ilin sonunadək Bakıda bütün avtobusların kart sisteminə keçəcəyi ilə bağlı vədi yerinə yetirilməyib. 

Vəd tutulmayıb
  • 22 Sentyabr, 2023
  • 705

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə