logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputat Emin Hacıyev: “Hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır”

Deputat Emin Hacıyev: “Hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Emin Hacıyev bildirib ki, hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır.

- Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayında ən yüksək artım 2013-cü ildə 24 minə yaxın, ən aşağı artım isə 2018-ci ildə 12244 nəfər olub. 2012-ci ildə 153 min 506 nəfər qeydiyyatda olan xəstə olubsa, bu 2022-ci ildə 2 dəfədən çox artaraq 320 min nəfəri keçib

- 2012-2022-ci illərdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin ümumi sayında illik artım göstəricisi 5 min yox, 12 min və daha yüksək rəqəmlərlə ifadə olunub. Faktiki göstərici iddiakı rəqəmdən 2,5-4,8 dəfə aralığında daha çoxdur.

Milli Məclisin deputatı Emin Hacıyev bildirib ki, hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

2023-cü ilə dair məlumatlar hələ dərc edilmədiyindən iddianın yoxlanılması zamanı 2012-2022-ci illərin statistikasından istifadə edilib. Bu illər üzrə ən yüksək xəstələnmə 2021-ci ildə qeydə alınıb. Həmin il 30 mindən çox adama ilk dəfə şəkərli diabet diaqnozu qoyulub.

Bəs Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin ümumi sayı necə dəyişib? Aşağıdakı cədvəldə 10 il üzrə rəsmi statistik məlumatlar təqdim edilib.

Cədvəldən də göründüyü kimi Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayında ən yüksək artım 2013-cü ildə 24 minə yaxın, ən aşağı artım isə 2018-ci ildə 12244 nəfər olub. 

2012-ci ildə 153 min 506 nəfər qeydiyyatda olan xəstə olubsa, bu 2022-ci ildə 2 dəfədən çox artaraq 320 min nəfəri keçib

Beləliklə, rəsmi statistika göstərir ki, 2012-2022-ci illərdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin ümumi sayında illik artım göstəricisi 5 min yox, 12 min və daha yüksək rəqəmlərlə ifadə olunub. Faktiki göstərici iddiakı rəqəmdən 2,5-4,8 dəfə aralığında daha çoxdur. Başqa sözlə, iddiada şəkər xəstələrinin artması kəmiyyəti reallıqda olduğundan daha az göstərilsə də, ümumilikdə şəkər xəstələrinin sayının artıması ilə bağlı iddia doğrudur. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası əsasən doğrudur.

Əsasən doğru
  • 6 Fevral, 2024
  • 2255

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə