logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputatın yanlış iddiası: MDB ərazisində ən yüksək dağlıq ərazidə yerləşən hava limanı Laçındadır

Deputatın yanlış iddiası: MDB ərazisində ən yüksək dağlıq ərazidə yerləşən hava limanı Laçındadır

Xəbərin qısa icmalı

Deputat Rövşən Muradov iddia edib ki, MDB ölkələri ərazisində ən yükək dağlıq ərazidə tikilən hava limanı Laçında yerləşir.

- Qırğızıstanın NarinKanış-Kiya hava limanları müvafiq olaraq 2133 və 1860 metr yüksəklikdə yerləşirlər. Tacikistanda yerləşən XorogMurgab hava limanları isə müvafiq olaraq 2042 və 3646 metr yüksəklikdə tikiliblər.

Deputat Rövşən Muradov iddia edib ki, MDB ölkələri ərazisində ən yükək dağlıq ərazidə tikilən hava limanı Laçında yerləşir. Deputat bu iddianı Laçında Qarabağ Universitetinin açılması ilə bağlı verdiyi müsahibədə səsləndirib.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Hazırda MDB-yə üzv dövlətlərin sayı 9-dur: Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan.

Dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə inşa olunan Laçın Hava Limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Bu hava limanın layihəsinə 2021-ci ildə start verilib, 2025-ci ildə isə açılış mərasimi baş tutub. Lakin MDB məkanında Laçın hava limanından da yüksəkdə yerləşən hava limanları mövcuddur.

Qırğızıstanın NarinKanış-Kiya hava limanları müvafiq olaraq 2133 və 1860 metr yüksəklikdə yerləşirlər. Narin Hava Limanı 1964-cü ildə, Kaniş-Kiya Hava Limanı isə 1970-ci illərdə fəaliyyətə verilib. Hazırda hər iki aeroportun fəaliyyətində fasilələr mövcuddur. 

Tacikistanda yerləşən XorogMurgab hava limanları isə müvafiq olaraq 2042 və 3646 metr yüksəklikdə tikiliblər. 1965-ci ildən fəaliyyət göstərən Xorog Hava Limanı  Dağlıq Bədəxşan Muxtar Vilayətində, Panj çayı sahilində yerləşir. Buradan əsasən paytaxt Düşənbəyə kiçik təyyarə və helikopter uçuşları həyata keçirilir. 1970-ci illərdə tikilən Murgab Hava Limanı isə MDB məkanında ən yüksəkdə yerləşən hava limanı hesab olunur. Lakin sərt iqlim və yüksək risklər səbəbilə bu aeroportdan mütəmadi istifadə olunmur.

Nəticə olaraq, Laçın Hava Limanı MDB məkanında ən yüksək ərazidə yerləşən hava limanı deyil. Həm Qırğızıstan, həm də Tacikistanda yerləşən bir neçə hava limanı onunla müqayisədə daha yüksəkdə tikilib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Rövşən Muradovun iddiası yanlışdır.

Yanlış
  • 19 Sentyabr, 2025
  • 20

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə