logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Dövlət Statistika Komitəsi:”2022-ci ildə Azərbaycanda intihar nəticəsində ölənlərin sayı 20 nəfər olub”

Dövlət Statistika Komitəsi:”2022-ci ildə Azərbaycanda intihar nəticəsində ölənlərin sayı 20 nəfər olub”

Xəbərin qısa icmalı

Dövlət Statistika Komitəsi (DSK) 2022-ci il üçün “Dayanıqlı İnkişaf Məqsədləri” ilə bağlı hesabatında qeyd edir ki, “2021-ci illə müqayisədə 2022-ci ildə intihar səbəbi ilə ölənlərin sayı 37 nəfərdən 20 nəfərə düşmüşdür”.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də açıqlanır. Komitənin 2022-ci il üzrə Milli Məclisdəki məruzəsində bildirilib ki, 2022-ci ildə Ədliyyə nazirliyi tərəfindən 609 intihar qeydə alınıb. 2019-2021-ci illərdə də ölkədə intihar edib özünü öldürənlərin sayı 600 nəfərə yaxın olub. 

Mətbuatın monitorinqi də 2022-ci ildə Azərbaycanda intihar edənlərin sayının 20-dən çox olduğunu təsdiqləyir. “APA” xəbər agentliyində 1 yanvar – 31 dekabr 2022-ci il ərzində çıxan xəbərlərin monitorinqi göstərir ki, həmin dövr ərzində agentlik 119 nəfərin intihar edərək ölməsi ilə bağlı xəbər yayımlayıb.

Dövlət Statistika Komitəsi (DSK) 2022-ci il üçün “Dayanıqlı İnkişaf Məqsədləri” ilə bağlı hesabatında qeyd edir ki, “2021-ci illə müqayisədə 2022-ci ildə intihar səbəbi ilə ölənlərin sayı 37 nəfərdən 20 nəfərə düşmüşdür”. (səhifə 53)

“Fakt Yoxla” 2022-ci ildə Azərbaycanda intihar nəticəsində ölənlərin sayının 20 nəfər olması ilə bağlı iddianın doğru olub-olmadığını araşdırıb.

Azərbaycanda intihar göstəriciləri DSK ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də açıqlanır. Komitənin 2022-ci il üzrə Milli Məclisdəki məruzəsində bildirilib ki, 2022-ci ildə Ədliyyə nazirliyi tərəfindən 609 intihar qeydə alınıb. 2019-2021-ci illərdə də ölkədə intihar edib özünü öldürənlərin sayı 600 nəfərə yaxın olub. 

Mətbuatın monitorinqi də 2022-ci ildə Azərbaycanda intihar edənlərin sayının 20-dən çox olduğunu təsdiqləyir. “APA” xəbər agentliyində 1 yanvar – 31 dekabr 2022-ci il ərzində çıxan xəbərlərin monitorinqi göstərir ki, həmin dövr ərzində agentlik 119 nəfərin intihar edərək ölməsi ilə bağlı xəbər yayımlayıb.

“Fakt Yoxla”nın araşdırmasına görə, Dövlət Statistika Komitəsinin 2022-ci ildə Azərbaycanda 20 nəfərin intihar edərək ölməsi ilə bağlı iddiası yanlışdır.

Qeyd: Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin intihar sayı ilə bağlı açıqladığı rəqəmlər arasındakı uyğunsuzluqla bağlı "Fakt yoxla" Dövlət Statistika Komitəsinə müraciət edib. Komitə sorğuya cavabında bildirib ki, Statistika Komitəsinin açıqladığı rəqəmlər ölümə biləvasitə səbəb olan xəstəliklər əsasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı rəqəmlər isə Baş Prokurorluq tərəfindən açılmış cinayət işləri əsasında müəyyən edilib.

Yanlış
  • 26 Yanvar, 2024
  • 673

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə