logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Elnur Allahverdiyev: “Uber”in fəaliyyəti Türkiyədə qadağan olunub.”

Elnur Allahverdiyev: “Uber”in fəaliyyəti Türkiyədə qadağan olunub.”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, “Uber”in fəaliyyəti Türkiyədə qadağan olunub.

- 2019-cu ildə İstanbuldakı taksi sürücüləri adından bir sıra taksi birlikləri 2014-cü ildən Türkiyədə fəaliyyət göstərən “Uber” şirkətini məhkəməyə şikayət etmişdilər. Yaratdığı "haqsız rəqabət"ə görə “Uber”-in fəaliyyətinin bloklanması və şirkətin fəaliyyətinin Türkiyədə qadağan edilməsi tələb edilmişdi. Nəticədə məhkəmə “Uber”in xidmətlərinin dayandırılmasına qərar vermişdi. 

- 2020-ci ildə “Uber”in bu qərara qarşı verdiyi apellyasiya şikayəti əsasında Apellyasiya Məhkəməsi (İstinaf) şirkətin apellyasiya şikayətlərini qismən qəbul edib və Türkiyədə Uber-ə tətbiq olunan istifadə qadağasını aradan qaldıraraq taksi xidmətinin fəaliyyət göstərməsinə qərar verib.

Son günlərdə yerli mediada taksi şirkətlərinin fəaliyyəti ilə bağlı silsilə materiallar (bax: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10) dərc edilir. Müxtəlif siyasi və ictimai şəxslər “Uber”, “Bolt” kimi taksi şirkətlərinin fəaliyyəti ilə bağlı açıqlamalar veriblər. Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, “Uber”in fəaliyyəti Türkiyədə qadağan olunub:

“Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda “Uber”in fəaliyyəti Türkiyədə qadağan olunub”. 

Bəs həqiqətən də “Uber”in fəaliyyəti Türkiyədə qadağan olunubmu?

2019-cu ildə İstanbuldakı taksi sürücüləri adından bir sıra taksi birlikləri 2014-cü ildən Türkiyədə fəaliyyət göstərən “Uber” şirkətini məhkəməyə şikayət etmişdilər. Yaratdığı "haqsız rəqabət"ə görə “Uber”-in fəaliyyətinin bloklanması və şirkətin fəaliyyətinin Türkiyədə qadağan edilməsi tələb edilmişdi. Nəticədə məhkəmə “Uber”in xidmətlərinin dayandırılmasına qərar vermişdi. Həmin vaxta qədər “Uber” şirkəti “Uber XL” və “Uber taksi” olmaqla 2 formada xidmət göstərirdi.

2020-ci ildə “Uber”in bu qərara qarşı verdiyi apellyasiya şikayəti əsasında Apellyasiya Məhkəməsi (İstinaf) şirkətin apellyasiya şikayətlərini qismən qəbul edib və Türkiyədə Uber-ə tətbiq olunan istifadə qadağasını aradan qaldıraraq taksi xidmətinin fəaliyyət göstərməsinə qərar verib. “Uber XL” üzərinə qoyulan qadağa isə davam edib.

Bu işin davamı olaraq iyunun 5-də Türkiyə Ali Məhkəməsi (Yarqıtay) 2023-cü il yanvarın 23-də verdiyi qərarın səbəbini açıqlayıb. Belə ki, Ali Məhkəmə “Uber XL”in faəliyyətini “haqsız rəqabət” səbəbilə qadağan edib. Lakin, məhkəmə “Uber”in taksi xidmətlərinin mobil aplikasiya və internet saytı vasitəsilə davam edəcəyinə qərar verib.

Uber Türkiyənin Twitter hesabı da məsələ ilə bağlı açıqlama verərək bildirib ki, məhkəmə “Uber Taksi”nin fəaliyyətinin qanunauyğun olması ilə nəticələnib və Uber öz fəaliyyətini UberTaksi olaraq Türkiyədə davam etdirəcək.

Uber Türkiyə” Twitter hesabının tviti

“Fakt Yoxla” daxili imkanları hesabına “Uber Türkiyə” aplikasiyasının Türkiyədə işləyib-işləmədiyini yoxlayıb. Nəticədə məlum olub ki, aplikasiya işlək vəziyyətdədir. Türkiyədən proqrama daxil olmaq və taksi sifariş vermək mümkündür. 

“Uber” aplikasiyasından skrinşot

Beləliklə, “Uber şirkətinin “Uber Taksi” xidməti Türkiyədə fəaliyyət göstərməyə davam edir. Şirkətin mobil aplikasiyası və internet saytı da qadağan edilməyib. Yalnız “Uber XL”-in fəaliyyəti dayandırılıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputat Elnur Allahverdiyevin iddiası faktlarla manipulyasiyadır.

 

“report.az”, Elnur Allahverdiyev: “Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir”

“cnn.com”,  Uber'in faliyetleri resmen durduruldu 

“gzt.com”, Mahkeme kararı bozdu: Uber geri geliyor

“dha.com.tr”, Uber, Türkiye’de taksi uygulaması ile yoluna devam ediyor

“twitter.com”, Uber Türkiyənin twitter paylaşımı

“report.az”, Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir

“report.az”, MM taksi fəaliyyətinə dair yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklikləri ilk oxunuşda qəbul edib

“report.az”, Rəhman Hümmətov: "Hazırda nəqliyyatda olan problemlərin həlli üzrə xüsusi araşdırmalar aparılır"

“apa.az”, Deputatlar taksi fəaliyyəti sahəsində problemlərə münasibət bildirib, ictimai nəqliyyatın inkişafını vacib sayıblar - YENİLƏNİB

“konkret.az”, “Taksi sürücülərinin çoxu həkim, müəllim, keçmiş sahibkardır” - DEPUTAT

“axar.az”, Qiymət artsa, taksi fəaliyyəti çökəcək - Ekspert

“report.az”, Deputat: "Azərbaycandakı taksi şirkətlərinin hansısa xarici ölkələrdən maliyyələşməsini istəmirəm"

“report.az”, Deputat: "Taksi sürücüləri taksometrlərdən də istifadə etməlidirlər"

“report.az”, Azərbaycanda taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlər 20 min manat cərimələnəcək

“report.az”, Nazir "Bolt" şirkətinin prezidenti ilə Bakının taksi bazarında mövcud problemləri müzakirə edib

Faktlarla manipulyasiya
  • 20 İyun, 2023
  • 1032

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə