logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Hicran Hüseynova: “Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artır”.

Hicran Hüseynova: “Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artır”.

Xəbərin qısa icmalı

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artır.

2019-2021-ci illərdə 14-29 yaşlı narkomaniya diaqnozlu şəxslərin sayı artsa da, 2022-ci ildə bu rəqəm 25,6 % azalıb. Cədvəldəki digər bir göstərici isə 14-29 yaşda olan gənclərin hər 100 000 nəfərinə düşən narkomaniya diaqnozlu şəxslərin sayıdır ki, bu göstərici də 2018-2021-ci illərdə artsa da, 2022-ci ildə azalıb. 2022-ci ildə rəqəm 2021-ci ilə nisbətən aşağı düşsə də, 2018-ci ilə nəzərən iki dəfədən çox artıb. Həm ümumi sayda, həm də 100000 nəfərə düşən sayda əvvəlki ilə nisbətən artan tendensiya müşahidə olunub. Belə ki, 2022-ci il istisna olmaqla hər il artan trend müşahidə edilib.

- 2018-2022-ci illər üzrə gənclər arasında narkotik vasitələrlə bağlı cinayət hadisələrinin sayında artım olub. Həm ümumi, həm də 14-29 yaşda olan gənclərin hər 100 000 nəfərinə düşən sayda əvvəlki ilə nəzərən artan tendensiya müşahidə edilib.

“Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artır”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

Mənbə: Azərbaycan Respublikası Statistika Komitəsi

Cədvəldən aydın olur ki, 2019-2021-ci illərdə 14-29 yaşlı narkomaniya diaqnozlu şəxslərin sayı artsa da, 2022-ci ildə bu rəqəm 25,6 % azalıb.

Cədvəldəki digər bir göstərici isə 14-29 yaşda olan gənclərin hər 100 000 nəfərinə düşən narkomaniya diaqnozlu şəxslərin sayıdır ki, bu göstərici də 2018-2021-ci illərdə artsa da, 2022-ci ildə azalıb. 2022-ci ildə rəqəm 2021-ci ilə nisbətən aşağı düşsə də, 2018-ci ilə nəzərən iki dəfədən çox artıb.

Həm ümumi sayda, həm də 100000 nəfərə düşən sayda əvvəlki ilə nisbətən artan tendensiya müşahidə olunub. Belə ki, 2022-ci il istisna olmaqla hər il artan trend müşahidə edilib.

Başqa sözlə, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarında yüksələn xətlə artım tendensiyası müşahidə edilib.

Ümumi 14-29 yaşlı narkotika istifadəçilərinin sayında da son illərdə artım müşahidə edilib. Belə ki, 2018-2022-ci illərin göstəricisi müqayisə edildikdə məlum olub ki, 14-29 yaşlı narkotik istifadəçilərinin sayı 1829 nəfər artıb. Qeyd edək ki, Dövlət Komissiyasının saytında 2019-cu il üzrə hesabat dərc edilmədiyinə görə aşağıda həmin ilə dair göstərici yer almır. (Mənbə: 2022- səh.48, 2021- səh.43, 2020- səh.28, 2018- səh.19)

Mənbə: Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası

Əlavə olaraq qeyd edək ki, narkotik vasitələrlə bağlı gənclər arasında qeydiyyata alınmış cinayət faktları da aşağıdakı kimi olub.

Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatı, səh.39

Bu cədvəldən göründüyü kimi illər üzrə gənclər arasında narkotik vasitələrlə bağlı cinayət hadisələrinin sayında artım olub. Həm ümumi, həm də 14-29 yaşda olan gənclərin hər 100 000 nəfərinə düşən sayda əvvəlki ilə nəzərən artan tendensiya müşahidə edilib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə komitə sədrinin iddiası əsasən doğrudur.

Doğru
  • 26 Oktyabr, 2023
  • 678

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə