logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Siyavuş Novruzov: “İldə orta hesabla 1000-dən çox qadın öldürülür və ölümlərin sayına görə qadın ölümü cinayətləri 2-ci yerdə dayanır”

Siyavuş Novruzov: “İldə orta hesabla 1000-dən çox qadın öldürülür və ölümlərin sayına görə qadın ölümü cinayətləri 2-ci yerdə dayanır”

Xəbərin qısa icmalı

Siyavuş Novruzov deyib: “Hazırda yol-nəqliyyat hadisələrindən sonra ölümlərin sayına görə ikinci yerdə qadın (ölümü) cinayətləri dayanır… Orta hesabla ildə 1000-dən çox qadın öldürülür”.

Son 5 ilin statistikasına nəzər saldıqda məlum olub ki, 2018-2022-ci illərdə ən çox qadın ölümü ilə nəticələnən cinayətin baş verdiyi il 2019-cu il olub və həmin il 357 qadın öldürülüb. Digər illərdə isə bu göstərici 200-300 arası dəyişib. 2022-ci ildə son 3 ilin ən yüksək göstəricisi – 309 qadın cinayəti qeydə alınıb. 

2022-ci ildə kişi qətlləri qadın qətllərindən daha çox olub və yol-nəqliyyat hadisələri zamanı ölənlərdən sonra 2-ci yerdə qərarlaşıb. 

“Hazırda yol-nəqliyyat hadisələrindən sonra ölümlərin sayına görə ikinci yerdə qadın (ölümü) cinayətləri dayanır… Orta hesabla ildə 1000-dən çox qadın öldürülür”. Bunu Milli Məclisin Deputatı Siyavuş Novruzov deyib.

“Fakt Yoxla”  deputatın orta hesabla ildə 1000-dən çox qadın öldürülməsi və ölümlərin sayına görə qadın cinayətlərinin 2-ci yerdə dayanmasına dair iddialarını yoxlayıb.

Son 5 ilin statistikasına nəzər saldıqda məlum olub ki, 2018-2022-ci illərdə ən çox qadın ölümü ilə nəticələnən cinayətin baş verdiyi il 2019-cu il olub və həmin il 357 qadın öldürülüb. Digər illərdə isə bu göstərici 200-300 arası dəyişib. 2022-ci ildə son 3 ilin ən yüksək göstəricisi – 309 qadın cinayəti qeydə alınıb. 

Son 5 ildə öldürülən qadınların sayı, mənbə Statistika Komitəsi

Digər iddiaya gəlincə, Azərbaycanda əhalinin ölüm səbəbləri statistikasından məlum olur ki, həmin siyahıda olan müxtəlif xəstəliklərdən ölümlərin sayı qadın ölümü cinayətlərindən dəfələrlə yüksəkdir. 

Bu səbəbdən iddianın araşdırması cinayətlər və hüquqpozmalar nəticəsində baş verən ölüm səbəbləri kimi çərçivələnib. Dövlət Statistika Komitəsinin “Azərbaycanda hüquqpozmalar” adlı illik statistik məcmuəsi ölkədə hüquqpozmalar dair statistikasının ümumiləşdirilmiş məlumatlarını özündə əks etdirir. 

Aşağıdakı cədvəldən göründüyü kimi, 2022-ci ildə kişi qətlləri qadın qətllərindən daha çox olub və yol-nəqliyyat hadisələri zamanı ölənlərdən sonra 2-ci yerdə qərarlaşıb. 

Beləliklə, il ərzində öldürülən qadınların sayı 1000 nəfərdən çox olmayıb, 200-300 nəfər olub. Həmçinin qadın qətlləri ölümlər arasında 2-ci yerdə qərarlaşmayıb.

Burada qeyd etmək lazımdır ki, qadın ölümü ilə nəticələnən cinayətlərinin statistikası qadınların qətlə yetirildiyi bütün halları ehtiva edir. Ancaq qadın cinayətləri dedikdə bəzən qadınların gender əsaslı cinayətlərin qurbanı olması başa düşülür. Təbii ki, gender əsaslı cinayətlər Statistika komitəsinin təqdim etdiyi rəqəmlərdən daha aşağı olacaq.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yanlışdır

Yanlış
  • 27 Dekabr, 2023
  • 406

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə