logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

VƏD: 2020-ci ilə qədər ümumtəhsil müəssisələrinin məzunlarının peşə təhsili müəssisələrinə qəbul səviyyəsi 25 faizə qaldırılacaq

VƏD: 2020-ci ilə qədər ümumtəhsil müəssisələrinin məzunlarının peşə təhsili müəssisələrinə qəbul səviyyəsi 25 faizə qaldırılacaq

Xəbərin qısa icmalı

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı ilə tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Peşə Təhsilinin və Təliminin İnkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərilir ki, hökumət 2020-ci ilə qədər ümumtəhsil müəssisələrinin məzunlarının peşə təhsili müəssisələrinə qəbul səviyyəsinin 25 faizə qaldırılacaq.

- 2017-2020-ci illər arasında peşə məktəblərinə qəbul olunanların xüsusi çəkisi 6%-dən 11%-ə çatsa da, 11%-lik göstərici hökümətin vəd etdiyi həddən (25%) iki dəfədən çox aşağı göstəricidir.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı ilə tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Peşə Təhsilinin və Təliminin İnkişafına dair Strateji Yol Xəritəsi”ndə hökumət peşə təhsili ilə bağlı 2020-ci ilədək çatmağı hədəflədiyi göstəriciləri açıqlayıb. Bu göstəricilərdən biri ümumtəhsil məktəblərinin məzunlarının peşə təhsilinə yönəlməsi ilə bağlıdır. Sənəddə qeyd edilən hədəf indiqatorlarından biri ümumtəhsil müəssisələrinin məzunlarının peşə təhsili müəssisələrinə qəbul səviyyəsinin 25 faizə qaldırılması ilə bağlıdır.

“Fakt Yoxla” hökumətin verdiyi vədi yerinə yetirib-yetirmədiyini araşdırıb.

“Fakt Yoxla” iddianın yoxlanması məqsədi ilə Təhsil Nazirliyinə 2017-2020-ci illərdə hər il 11-ci sinifi bitirənlərin sayı və onların neçəsinin ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə və peşə məktəblərinə daxil olması ilə bağlı sorğu göndərib. Təhsil Nazirliyi sorğuya cavabında ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların sayını açıqlasa da, peşə təhsili müəssisələrinə qəbul olanların sayını açıqlamayıb. Tam orta məktəbi bitirənlər arasından peşə məktəblərinə qəbul olunanların sayı ilə bağlı məlumat Dövlət Statistika Komitəsinə sorğu verilərək əldə edilib.

Cədvəl: 2017-2020-ci illərdə tam orta məktəbi bitirənlərin və ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə və peşə məktəblərinə qəbul olunanların sayı

Cədvəldən göründüyü kimi, 2017-2020-ci illər arasında peşə məktəblərinə qəbul olunanların xüsusi çəkisi 6%-dən 11%-ə çatsa da, 11%-lik göstərici hökümətin vəd etdiyi həddən (25%) iki dəfədən çox aşağı göstəricidir.

“Fakt Yoxla”nın araşdırmasına görə, hökumət verdiyi vədi yerinə yetirməyib.

Vəd tutulmayıb
  • 14 Noyabr, 2023
  • 459

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə