logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

VƏD: 2020-ci ilədək bütün şagirdlər kompyuterlərlə təmin ediləcək.

VƏD: 2020-ci ilədək bütün şagirdlər kompyuterlərlə təmin ediləcək.

Xəbərin qısa icmalı

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuşdu ki, 2020-ci ilədək bütün şagirdlər 1 şagird-1 kompyuter layihəsi çərçivəsində kompyuterlərlə təmin ediləcəklər. 

- Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə görə, 2020-ci ildə Azərbaycan məktəblərində orta hesabla hər kompyuterə düşən şagird sayı 18 nəfərə bərabər olub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında hökumət 2020-ci ilədək çatmaq istədiyi hədəfləri açıqlayıb. Təhsil sahəsiylə bağlı hədəflərdən birində bildirilir ki, bütün şagirdlər 1 şagird-1 kompyuter layihəsi çərçivəsində kompyuterlərlə təmin ediləcəklər. 

“Fakt Yoxla” hökumətin 2020-ci ilədək ölkədə bütün şagirdlərin kompyuterlərlə təmin edilib-edilmədiyini araşdırıb.

Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə görə, 2020-ci ildə Azərbaycan məktəblərində orta hesabla hər kompyuterə düşən şagird sayı 18 nəfərə bərabər olub.

Təhsil Naziri Emin Əmrullayev 2022-ci ilin aprelində verdiyi açıqlamada bildirib ki, növbəti 3 il ərzində məktəblərə kompüterlərin verilməsi nəticəsində hər 6 uşağa 1 kompüter düşəcək. 

“Fakt Yoxla”nın araşdırmasına görə, hökumət 2020-ci ilədək bütün şagirdləri kompyuterlərlə təmin edəcəyi ilə bağlı vədi yerinə yetirməyib.

Vəd tutulmayıb
  • 21 Avqust, 2023
  • 606

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə