logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Vəd: 2020-ci ilin sonuna qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcmi 1000 ABŞ dollarına çatacaq

Vəd: 2020-ci ilin sonuna qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcmi 1000 ABŞ dollarına çatacaq

Xəbərin qısa icmalı

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilirdi ki, dövrün sonuna ölkədə qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcmi 1000 ABŞ dollarına çatacaq.

- 2020-ci ildə Azərbaycanda adambaşına düşən qeyri-neft ixracı göstəricisi 184 dollara bərabər olub. Bu isə hökümətin vəd etdiyi göstəricidən təxminən 5 dəfə aşağı göstəricidir.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ilədək olan dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək və onların gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə qəbul edilmişdi. Bu sənəddə hökümət 2020-ci ilədək bir çox sosial-iqtisadi istiqamətlərdə çatmağı hədəflədiyi vədlərini açıqlayıb. Bunlardan biri adambaşına düşən qeyri-neft ixracı göstəricisi ilə bağlıdır. Konsepsiyada qeyd edilir ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcmi 1000 ABŞ dollarına çatacaq. 

“Fakt Yoxla” hökümətin bu vədini həyata keçirib-keçirə bilmədiyini araşdırıb.

Cədvəl: 2013-2020-ci illərdə adambaşına düşən qeyri-neft ixracı

Cədvəldən göründüyü kimi, 2020-ci ildə Azərbaycanda adambaşına düşən qeyri-neft ixracı göstəricisi 184 dollara bərabər olub. Bu isə hökümətin vəd etdiyi göstəricidən təxminən 5 dəfə aşağı göstəricidir. Hətta son 2 ildə (2021-2022-ci illərdə) dünyada əlverişli qiymət konyukturunun yaranması səbəbindən qeyri-neft ixracından nəzərəçarpan artıma baxmayaraq, hələ də adambaşına düşən qeyri-neft əmtəə ixracı 300 dollardan aşağıdır. 

“Fakt Yoxla”nın araşdırmasına görə, hökümət vədini yerinə yetirməyib.

 

Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası

“Dövlət Statistika Komitəsi”, Əhalinin sayının dəyişməsi

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarətin vəziyyəti haqqında 2020

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarətin vəziyyəti haqqında 2019

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarətin vəziyyəti haqqında 2018

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarətin vəziyyəti haqqında 2017

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarətin vəziyyəti haqqında 2016

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarətin vəziyyəti haqqında 2015

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarətin vəziyyəti haqqında 2014

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarətin vəziyyəti haqqında 2013

Vəd tutulmayıb
  • 20 İyun, 2023
  • 1737

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə