Bələdçi

“Faktyoxla” üzvləri üçün bələdçi:

Bələdçi aşağıdakı bölmələri əhatə edir:

  • Materialın (məqalənin) strukturu;
  • Materialın üslubu;
  • Məqalə üzərində iş prosesi və işin müddəti;
  • “Fakt Yoxla”(Fact Check) üzvləri üçün əsas öhdəliklər;
  • Aydınlaşdırma: “Fakt Yoxla” üzvləri üçün əlavə məsuliyyətlər;
  • Aydınlaşdırma: yoxlayıcı suallar və prosedurlar;

Materialın (məqalənin) strukturu

Material beş hissədən ibarət olmalıdır:

  1. Başlıq/Yarımbaşlıq — Məqalənin başlığı verilən bəyanatdakı sitatı ehtiva etməlidir. Əgər sitat qısa və aydın deyilsə, onu parafraz etmək olar.
  2. Giriş — Açıqlama ilə əlaqəli hadisənin təsvirini əhatə edir (kim, nə, nə vaxt, harada)
  3. Tarixçə — Açıqlamaya qədər olan şərait haqqında əlavə (tarixi, iqtisadi, siyasi, sosial) məlumatları, yoxlanılan fakt barədə vacib informasiyaları (mediada getmiş bəyanat, ona qədər təsdiqini tapmış və ya yoxlanılmış faktlar) əhatə edir.
  4. Əsas hissə/Faktın yoxlanması müxtəlif mənbələrdən (ictimai informasiya, rəsmi veb-səhifələr, media, ilkin mənbələrdən əldə edilmiş müsahibələr) toplanmış ümumi informasiyadır. Bu informasiya lakonikdir və analiz edilən də məhz budur.
  5. Nəticə — Yoxlanılan ifadənin doğruluğu barədə analizlərlə birlikdə son qiymətləndirməni (doğru, əsasən doğru, yarı-doğru, əsasən yanlış, yanlış, yalan) ehtiva edir.

Materialın üslubu:

  • Yoxlanılmış faktdan birbaşa sitat olmalıdır;
  • Başlıq maksimum 150 simvoldan ibarət olmalıdır;
  • Başlıq saytda diqqəti cəlb edən formada yerləşdirilməlidir;
  • Başlığın şrifti 12, məqalənin şrifti isə 11-dir. Şriftin növü isə “Verdana”dır;
  • Materialda (məqalədə) başlıq və nəticə (qiymətləndirmə bildirən söz) qalın hərflərlə yazılmalıdır;
  • Materialda verilən bəyanatın mənbəyi ilə bağlı ya bir link, ya da video (optimal uzunluq 2-3 dəqiqədir) olmalıdır. Müəllif ifadənin təsvir olunduğu videonu yoxlanmış ifadə ilə birlikdə ən qısa müddətdə (1 gün) kəsib saxlamalıdır;
  • Başlıqda açıqlamanı verən şəxsin kimliyi qeyd olunur, siyasi statusu və ya rütbəsi göstərilmir;
  • Təşkilatın adı ilk dəfə bütöv yazılır. Növbəti cümlələrdə təkcə abreviaituranı işlətmək olar;
  • Uyğun olan yerlərdə qısa cümlələrdən (30 sözə qədər) istifadə tövsiyə edilir;
  • Ərəb rəqəmlərindən bu məqamarda istifadə edilir: yaş, ünvan, tv kanalların adları, məhkəmələrin, parlamentin və hökumətin qərarları, siyasətçilərin və ya partiyaların seçki nömrələri, telefon nömrələri və s.;
  • Materialın (məqalənin) üçüncü hissəsi bu şəkildə başlanmalıdır: ““Fakt Yoxla” açıqlamada verilmiş fakt və ya faktların dəqiqliyi ilə maraqlanmış və verilmiş məlumatı yoxlamaq qərarına gəlmişdir”. Bununla belə digər formalara da icazə verilir;
  • Məqalədə bəyanatın müəllifinin statusu ən azı bir dəfə göstərilməlidir (Məsələn, millət vəkili, komitə rəhbəri, partiya mənsubiyyəti və s.). Müəllifin statusunun hər dəfə vurğulanmasına ehtiyac yoxdur;
  • Partiyaların və ya təşkilatların adları tam şəkildə yazılır: Azərbaycan Parlamenti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və s.;
  • Şəxslərin adı və soyadı tam şəkildə yazılır (Məsələn, “İlham Əliyev” yazılışı doğrudur, İ.Əliyev isə doğru deyil);
  • Nəticə hissəsində yoxlanılan açıqlamanı yenidən təkrarlayır, məqalənin müəllifi haqqında qısa analitik xülasə yazır və yalnız bundan sonra qiymətləndirmə hissəsinə keçirik;
  • Kobud ifadələrin və jarqonların istifadəsinə, terminlərin tərcüməsinə icazə verilmir (sitatda birbaşa istifadə edilməyibsə). Mətn uyğun durğu işarələri və paraqraflarla akademik şəkildə yazılmalıdır;

Məqalənin müəllifinin şərhi və ya izahı bu formada yazılır:

  • Məqalədə verilən bütün cədvəllər, statistik məlumatlar asan şəkildə axtarılabilən olmalıdır (Məsələn, qısa izahlar və hiperlinklər vasitəsilə);
  • Hər bir materialda məqalənin kateqoriyası və tərcüməçilər üçün xarici dildə istinadların olub-olmaması qeyd olunur;
  • Etik normalar düzəliş prosesi zamanı qorunur;
  • Açıqlamanın müəllifindən sitat gətirərkən belə qrammatik qaydalar da daxil olmaqla düzəlişlər edilə bilər;
  • Minlik ədədləri yazarkən vergüldən və ya boşluqdan, onluq kəsrləri yazarkən isə nöqtədən istifadə edilməlidir (Məsələn, doxsan iki min beş yüz tam onda dörd ya 92,500.4 kimi, ya da 92 500.4 kimi yazın);
  • Böyük rəqəmlərin istifadəsinə yol verilməməlidir. Əgər mətndə hər hansı ölçü milyon ədədində ifadə edilibsə, bütöv rəqəmi yazmağa ehtiyac yoxdur, ədəd yuvarlaqlaşdırılmalıdır; Məsələn, 2 000 000.8 əvəzinə 2 000 001, 332.3 AZN əvəzinə 332 AZN yazılmalıdır. Əgər rəqəm bir milyondursa, yuvarlaqlaşdırılmamalıdır. Məsələn, 3.2 milyon AZN əvəzinə 3 milyon AZN;
  • Müəllifin bəyanatında ifadə edilən rəqəmlər olduğu kimi təqdim edilməlidir. Məsələn, müəllif 58 milyon deyirsə, onu 58 000 min kimi yazmaq olmaz.

Məqalə üzərində iş prosesi və işin müddəti:

  • “Fakt Yoxla”nın hər bir üzvü hər ay ən azı üç məqalə hazırlayır (kifayət qədər mövzu olduqda);
  • Məqalə mövzu qəbul edilməsinin ikinci günündən başlayaraq üç gün içində bitirilməlidir (əgər məqalənin online resurslar vasitəsilə yoxlanması mümkündürsə. İki və ya üç mövzunun olması şərtində müddət 6 və ya 9 günə qədər uzana bilər);
  • Əgər məqaləni bitirmək üçün açıqlamanın müəllifindən və ya ekspertdən müsahibə alınmalıdırsa, məqaləni bitirmək üçün son vaxt 5 gündür (qeyd: məqalə üzərində işləyərkən, bütün mövzularda ekspertlə müsahibə və ya informativ görüşlərin keçirilməsi vacibdir);
  • Məqaləni bitirmək ictimai informasiya almaq tələb olunursa, müəllif məqaləni qəbul etdikdən sonra mümkün olan ən qısa müddətdə müvafiq quruma məktub göndərir. Məqalənin müəllifi müraciət etdiyi dövlət təşkilatı ilə mütəmadi əlaqə saxlayır və istənilən məlumat üçün ehtimal edilən gözləmə müddətini müəyyən edir. İctimai informasiyanı aldıqdan sonra məqalə iki gün ərzində bitirilməlidir;
  • Məqalənin müəllifi yoxlanılacaq faktı əldə etdikdən sonra gündəlik olaraq məqalənin hansı mərhələdə olduğunu bildirməlidir (Məsələn, “Bu gün mən bu statistik məlumatları analiz etdim”, “Bu problemi araşdırdım”, “İctimai qurumdan cavab gözləyirəm”, “Ekspertlə müsahibə gözləyirəm”, “Bu görüşü keçirdim”, “Məqalə tamamlandı, uyğun qovluqda yerləşdirildi” və s);
  • Əgər məqalənin müəllifi heç bir üzrlü səbəb olmadan məqaləni göstərilən müddət ərzində bitirə bilməyibsə, ona qarşı uyğun tədbirlər görülməlidir;
  • Müəllif məqaləyə başlayarkən ifadəni verən şəxsə onun düzgünlüyünün yoxlanıldığı haqqında məlumat verməli və ehtiyac duyularsa, ifadə həmin şəxs vasitəsilə dəqiqləşdirilməlidir (telefon və ya mail vasitəsilə). İctimai fiqurun cavabının mövcud olub-olmamasına baxmayaraq, məqalə üzərində iş davam etdirilməlidir;
  • Əgər bir neçə cəhddən sonra məqalə hələ də bitirilə bilmirsə və önəmli məqamlar sual altındadırsa, məqalənin müəllifi digər media təşkilatlarının jurnalistləri, QHT-lər, siyasətçilər, nəşriyyat xidmətləri nümayəndələri ilə əlaqə yaratmaq, onlara tədqiqatın nəticələri haqqında vermək və onlardan uyğun informasiyanın alınması üçün kömək istəmək məcburiyyətindədir.

“Fakt Yoxla” üzvləri üçün əsas öhdəliklər:
“Fakt Yoxla” üzvləri öz siyasi kimliklərini tərk etmək və öz bitərəfliklərini qorumaq məcburiyyətindədirlər.

“Fakt Yoxla” üzvləri üçün əlavə məsuliyyətlər:

  • Müəlliflərdən öz vəzifələrinə uyğun olaraq əlaqəli qurumların (Prezident, Baş nazir, nazirlər, digər siyasətçilər və.s), QHT-lərin və s. mətbuat konfranslarında iştirak etmək, iştirakdan qabaq uyğun sualları hazırlamaq tələb edilir;
  • Müəlliflər məqalə üzərində işi bitirdikdən sonra məqalə ilə əlaqəli məsələləri izləməlidirlər. Bundan əlavə, onlar aktual ola biləcək mövzular barədə əvvəlcədən ictimai məlumatları almaq məcburiyyətindədirlər.

Aydınlaşdırma: yoxlayıcı suallar və prosedurlar:

  • Müəllif məqaləni müvafiq qovluğa yerləşdirir. Bundan sonra, redaktor məqaləni oxuyur, şərh edir və müəllifə qaytarır. Nəhayət, redaktor redaktə edilmiş versiyanı “veb-səhifə üçün” adlı qovluğa yerləşdirir;
    Redaktə edilən məqalələr veb-administrator tərəfindən bir gündən gec olmayaraq veb səhifəsinə yüklənir;
  • Təşkilatlardan ictimai məlumatların alınması rəsmi məktublarla həyata keçirilir. Məktublar təşkilatın məsul şəxsi tərəfindən imzalanır;
  • Yazı prosesində müəllif dövlət təşkilatlarından cavab məktubunu maksimum bir ay müddətində gözləyir (bu dövrdə telefon məktubla əlaqədar dövlət təşkilatları ilə telefon əlaqəsi yaradılır). Əgər cavab məktubu alınmasa müəllif məqaləni cavab məktubu olmadan bitirir və məqalədə müvafiq dövlət qurumundan cavab ala bilmədiyini vurğulayır.