logo logo

Deyilənlərə yox, faktlara inanın

Hesabatlar

May ayında mediada xarici dövlətlərlə bağlı dərc edilmiş narrativlər

May ayında mediada xarici dövlətlərlə bağlı dərc edilmiş narrativlər

“Mediada xarici dövlətlərlə bağlı narrativlər” reportu “Fakt Yoxla” tərəfindən Azərbaycan mediasında İran, Rusiya, Türkiyə və Qərb dövlətləri haqqında dərc olunan narrativləri özündə ehtiva edir. Reportun bu sayı 2023-cü ilin 1 may - 31 may tarixlərini əhatə edir.

Reportun hazırlanmasında məqsəd ölkənin media mühitində qonşu dövlətlər olan İran, Türkiyə və Rusiya və Qərb dövlətləri ilə bağlı hansı narrativlərin (hekayələrin) dərc edildiyini, dövri olaraq bu hekayələrin sayında və ya məzmununda hansı dəyişikliklərin olduğunu, hansı dövlətlərə qarşı qarayaxma kompaniyalarının aparıldığını ölkə vətəndaşlarına göstərməkdir.

Monitorinq yalnız onlayn resursları əhatə edir. Heç bir televiziya və ya çap mediası monitorinqə daxil edilmir. Siyasətçilərin və qurumların açıqlamaları və ya bəyanatları monitorinqə yalnız o halda daxil edilib ki, onlara verilən başlıqlar yönləndirici olsun. Video formatında olan materiallar monitorinqin əhatə dairəsinə daxil edilməyib. Monitorinq zamanı uyğun media qurumlarının bütün dərc edilən xəbərlər gözdən keçirilib, açar sözlər vasitəsilə axtarışdan istifadə edilməyib. Monitorinqə cəlb edilən media qurumları ölkədə çox oxunma sayına və tərəfliliyinə əsasən seçilmişdir.

Mart ayı ərzində monitorinq edilmiş media qurumları aşağıdakılardır:

Apa.az, Oxu.az, Musavat.com, Sahar Azeri, Sputnik.az, Demotiya.com, Trend.az, Milli.az

Nəticələrə görə bu ay ərzində monitorinq edilmiş media qurumlarında ən çox yer alan xarici dövlət İrandır. İran ilə bağlı ay ərzində 44 narrativ qeydə alınıb. Ümumilikdə monitorinqin nəticəsində 120 narrativ aşkar edilmişdir.

  • 6 İyul, 2023
  • 531

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə