logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Akif Qurbanov adının siyasi məhbus siyahısına salınmasına etiraz edib?

Akif Qurbanov adının siyasi məhbus siyahısına salınmasına etiraz edib?

Xəbərin qısa icmalı

“Səs” qəzetində yayımlanan iddiaya görə, həbsdə olan “Demokratik Təşəbbüslər İnstitutu”nun sədri və “III Respublika Platforması”nın spikeri Akif Qurbanov adının siyasi məhbus siyahılarına daxil edilməsinə etiraz edib.

- “Fakt Yoxla”ya açıqlama verən “III Respublika Platforması”nın qurucu üzvü Səməd Rəhimli də “Səs” qəzetində yayılan iddianı qəti şəkildə təkzib edib: “Platforma mövcud siyasi məhbus siyahılarına qarşı deyil, əksinə, mövcud siyasi məhbus siyahıları üzrə aparılan insan hüquqları pozulmasına dair fakt araşdırma missiyalarını dəstəkləyir. Akif Qurbanova istinad edilən mövqe tamamilə əsassızdır və Akif Qurbanov belə bir mövqe ifadə etməyib”, deyə o bildirib.

“Səs” qəzetində yayımlanan iddiaya görə, həbsdə olan “Demokratik Təşəbbüslər İnstitutu”nun sədri və “III Respublika Platforması”nın spikeri Akif Qurbanov adının siyasi məhbus siyahılarına daxil edilməsinə etiraz edib. “Araşdırma əsasında məlum olur ki, Nazim Məmmədov (Baydəmirli), Akif Qurbanov və digərləri "siyasi məhbus" olaraq adlarının dağıdıcı müxalifətin siyahısında yer almasına qarşıdırlar”, - deyə xəbər saytında gedən yazıda bildirilib.

Fakt Yoxla” Akif Qurbanovun adının siyasi məhbus siyahısında olmasına etiraz edib-etməməsini araşdırıb.

Qeyd edək ki, siyasi məhbus hökumət tərəfindən siyasi səbəblərlə azadlıqdan məhrum edilmiş şəxsə deyilir. Avropa Şurası Parlament Assambleyasının 1900(2012) saylı qətnaməsinə əsasən, şəxs siyasi motivlərlə həbs edilibsə, ədalətli məhkəmə hüququ pozulubsa və ya digər hüquq pozuntuları baş veribsə, o, siyasi məhbus hesab oluna bilər.

Müstəqil beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri tərəfindən tərtib edilən siyasi məhbus siyahıları siyasi səbəblərlə həbs edilən şəxslərin hüquqlarının qorunmasına və onların azad olunmasına yönəlib.

Akif Qurbanov – “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeridir. 2024-cü ilin martında qaçaqmalçılıq ittihamı ilə həbs olunan Akif Qurbanov məhkəmədə çıxış edərkən özünün və digər vətəndaş cəmiyyəti nümayəndələrinin siyasi motivlərlə həbs olunduğunu bildirib və bu təzyiqin Stalin dövrü üsulları ilə həyata keçirildiyini deyib. O, həmin ilin dekabrında “Nərgiz” mükafatı ilə təltif edilib və avqust ayında Avropa Şurasının nüfuzlu Vaclav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərilib.

“Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqı” tərəfindən tərtib edilən siyahıya Akif Qurbanovun adı sonuncu dəfə 2025-ci ilin fevral ayında daxil edilib. 357 nəfərlik siyahıda, o, “müxalif partiyaların və vətəndaş cəmiyyətinin üzvləri” qrupunda yer alıb. 

“Fakt Yoxla”ya açıqlama verən “III Respublika Platforması”nın qurucu üzvü Səməd Rəhimli də “Səs” qəzetində yayılan iddianı qəti şəkildə təkzib edib: “Platforma mövcud siyasi məhbus siyahılarına qarşı deyil, əksinə, mövcud siyasi məhbus siyahıları üzrə aparılan insan hüquqları pozulmasına dair fakt araşdırma missiyalarını dəstəkləyir. Akif Qurbanova istinad edilən mövqe tamamilə əsassızdır və Akif Qurbanov belə bir mövqe ifadə etməyib”, deyə o bildirib.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Akif Qurbanovun siyasi məhbus kimi tanınmasına etiraz etməsi haqqında iddia yanlışdır.

Yanlış
  • 8 May, 2025
  • 43

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə