logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İlham Əliyev: “Şahdəniz” dünyanın ən böyük qaz-kondensat yatağıdır”

İlham Əliyev: “Şahdəniz” dünyanın ən böyük qaz-kondensat yatağıdır”

Xəbərin qısa icmalı

Prezident İlham Əliyev bildirib ki, Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır.

- Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, dünyada ən böyük qaz-kondensat yatağı Qətər və İran arasında bölüşdürülən və Qətər tərəfindən “Şimal”, İran tərəfindən isə “Cənub Pars” adlandırılan qaz yatağıdır.

Rusiya ərazisində ehtiyatları “Şahdəniz” yatağından daha çox olan bir neçə yataq yerləşir. Onlardan biri Rusiyanın ən böyük təbii qaz yatağı hesab edilən “Urenqoy” yatağıdır.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır.

“Fakt Yoxla” Prezident İlham Əliyevin iddiasının doğru olub-olmadığını araşdırıb. 

Energetika Nazirliyinin açıqladığı rəqəmlərə görə, “Şahdəniz” yatağının ehtiyatları 1.2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarətdir. 

Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, dünyada ən böyük qaz-kondensat yatağı Qətər və İran arasında bölüşdürülən və Qətər tərəfindən “Şimal”, İran tərəfindən isə “Cənub Pars” adlandırılan qaz yatağıdır. Bu yatağın ehtiyatları 51 trilyon kubmetr təbii qaz və 50 milyard kubmetr (2.1 milyard ton) kondensatdan ibarətdir. 9700 kvadrat kilometr sahəsi olan yatağın 62 faizi Qətərin, 38 faizi isə İranın ərazisində yerləşir. Yəni, bu qaz yatağındakı təbii qaz ehtiyatlarının həcmi “Şahdəniz” yatağı ilə müqayisədə 42.5 dəfə, kondensat ehtiyatlarının həcmi isə təxminən 9 dəfə çoxdur. 

Rusiya ərazisində ehtiyatları “Şahdəniz” yatağından daha çox olan bir neçə yataq yerləşir. Onlardan biri Rusiyanın ən böyük təbii qaz yatağı hesab edilən “Urenqoy” yatağıdır. Bu yatağın ehtiyatları 10.9 trilyon kubmetr təbii qaza və 400 milyon ton kondensata bərabərdir. Yəni, bu yataqdakı təbii qaz ehtiyatları Şahdənizlə müqayisədə 9 dəfə, kondensat ehtiyatları isə 66 faiz daha çoxdur. 

“Fakt Yoxla”nın araşdırmasına görə, Prezident İlham Əliyevin “Şahdəniz” qaz yatağının dünyanın ən böyük qaz-kondensat yatağı olması ilə bağlı iddiası yanlışdır.

Yanlış
  • 1 Fevral, 2024
  • 501

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə