logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Qubad İbadoğlu: “Azərbaycan Formula 1 yarışına ev sahibliyi etmək üçün maksimum məbləğ ödəyib”

Qubad İbadoğlu: “Azərbaycan Formula 1 yarışına ev sahibliyi etmək üçün maksimum məbləğ ödəyib”

Xəbərin qısa icmalı

  • İddia doğrudur.
  • 2023-cü il ərzində 23 ölkədə “Formula 1” yarışları keçiriləcək.
  • 2023-cü ildə nəzərdə tutulan yarışlar üçün ölkələr ümumilikdə 711 milyon ABŞ dolları məbləğində ödəniş edib.
  • Azərbaycanın ödədiyi məbləğ 57 milyon dollar təşkil edib.
  • Azərbaycan ən çox ödəniş edən ölkədir

"Azərbaycan Formula 1 yarışına ev sahibliyi etmək üçün maksimum məbləğ - 57 milyon ABŞ dolları ödəyərək 23 ölkə arasında 1-ci olub. 2023-cü ildə Formula 1 oyunlarına ev sahibliyi etmək üçün 1 ölkə orta hesabla 37 milyon dollar haqq ödədiyi halda Azərbaycan 23 ölkə arasında maksimum məbləğ 57 milyon dollar ödəyib". 

Bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu özünün feysbuk səhifəsində yazıb. 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

2023-cü il ərzində 23 ölkədə “Formula 1” yarışları keçiriləcək. Yarışın Azərbaycan Qran Prisi bu il aprel ayının 28-30-da baş tutub. “Formula 1”in açıqlamasına görə Azərbaycan Qran Prisinin müddəti 2026-cı il mövsümünə qədər uzadılacaq.

2023-cü ildə nəzərdə tutulan yarışlar üçün ölkələr ümumilikdə 711 milyon ABŞ dolları məbləğində ödəniş edib. Azərbaycanın ödədiyi məbləğ 57 milyon dollar təşkil edib ki, bu da 23 ölkə içində ən çoxdur. Səudiyyə Ərəbistanı və Qatar 55 milyon dollar ilə 2 və 3-cü yerdə, Monako 20 milyon ABŞ dolları ilə ən aşağı yerdə qərarlaşıb. 

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə də “Formula 1” yarışına ev sahibliyi etmək üçün Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə ən çox ödəniş edən ölkə olub. Hər üç ölkə 55 milyon dollar ödəyib

Beləliklə, Azərbaycan 2023-cü ildə “Formula 1” keçirilən ölkələr arasında yarışa ev sahibliyi etmək üçün ən çox ödəniş edən ölkə olub.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə partiya sədrinin iddiası doğrudur. 

Doğru
  • 11 May, 2023
  • 429

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə