logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

VƏD: 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq.

VƏD: 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq.

Xəbərin qısa icmalı

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə hökumət bildirmişdi ki, görüləcək tədbirlər nəticəsində 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq. 

- 2020-ci ildə Azərbaycanda 1 milyon 503 min Qkal istilik enerjisi istehsal edilib. Bu, 2019-cu illə (1 milyon 449 min Qkal) müqayisədə 46 min Qkal artım olsa da, hökumətin vəd etdiyi göstəricidən ( 1 milyon 767 min Qkal) 15% aşağı göstəricidir.

Azərbaycan Respublikası prezidentinin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə hökumət 2020-ci ilə qədərki hədəflərini açıqlayıb. Hədəf indikatorlarından biri də istilik enerjisi istehsalı ilə bağlıdır. Hökumət bildirib ki, görüləcək tədbirlər nəticəsində 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq. 

“Fakt Yoxla” hökumətin vədini yerinə yetirib-yetirmədiyini araşdırıb.

Rəsmi açıqlamaya görə, 2020-ci ildə Azərbaycanda 1 milyon 503 min Qkal istilik enerjisi istehsal edilib. Bu, 2019-cu illə (1 milyon 449 min Qkal) müqayisədə 46 min Qkal artım olsa da, hökumətin vəd etdiyi göstəricidən ( 1 milyon 767 min Qkal) 15% aşağı göstəricidir.

“Fakt Yoxla”nın araşdırmasına görə, hökumət 2020-ci ilədək istilik enerjisi istehsalının 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılması ilə bağlı vədini yerinə yetirməyib.

Vəd tutulmayıb
  • 14 Avqust, 2023
  • 3848

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə