logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

Milli Hematologiya və Transfuziologiya Mərkəzi: “CoronaVac” vaksini yeni ştammlara qarşı da effektivdir”

Milli Hematologiya və Transfuziologiya Mərkəzi: “CoronaVac” vaksini yeni ştammlara qarşı da effektivdir”

“Azərbaycanda koronavirus əleyhinə istifadə olunan “CoronaVac” vaksini yeni ştammlara qarşı da effektivdir”.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Azərbaycanda koronavirusun Britaniya ştammına ilk yoluxma il bağlı açıqlamasında belə deyilir. 

“Fakt Yoxla” qurumun iddiasının doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda koronavirusa qarşı Çinin “Sinovac” şirkəti tərəfindən hazırlanmış “CoronaVac” peyvəndindən istifadə edilir.  

“CoronaVac”ın  istifadə edildiyi digər bir ölkədə - Braziliyada vaksinin yeni ştamlara qarşı effektivliyi araşdırılıb. Bu ölkənin Butantan Biomedikal Mərkəzi testin nəticələri ilə bağlı bildirib ki, sözügedən peyvənd virusun həm İngiltərə, həm də, Cənubi Afrika ştammlarına qarşı effektiv nəticə göstərib. 

San-Paulu və Vaşinqton universitetlərinin keçirdiyi tədqiqatın nəticələrinə görə isə, peyvəndin virusun yeni növünə qarşı kifayət qədər effektiv olmaya bilər. 

“CoronaVac” vaksininin istifadə edildiyi digər bir ölkə də Türkiyədir. Bu ölkənin Səhiyyə Nazirliyi tərəfindən yaradılan Elmi Şuranın üzvlərindən biri olan professor Serhat Ünal mətbuata açıqlamasında bildirib ki, mövcud peyvəndlərin virusun Britaniya ştammına qaşrı effektivliyini itirdiyinə dair heç bir sübut mövcud deyil. Türkiyədəki 3-cü faza sınaq nəticələrini şərh edən Ege Universitetinin tibbi mikrobiologiya üzrə professoru Selda Erensoy deyib ki, müəyyən ilkin tədqiqatlar olsa da, vaksinlərin virusun yeni ştamlarına qarşı təsirini qiymətləndirmək üçün sübut kimi göstərilə biləcək nəticələr hələ əldə edilməyib. 

Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının da CoronaVac peyvəndinin COVID-19-un yeni ştammlarına qarşı nə qədər effektiv olması barədə məlumat paylaşmayıb.

“Fakt Yoxla” CoronaVac peyvəndinin yeni ştammlara qarşı effektiv olub-olmaması barədə qərarsızdır

Qərarsız
  • 24 Mart, 2021
  • 873

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə