logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Bu görüntülər İsrailin “Əl Şifa” xəstəxanasına daxil olmasına aid deyil

Bu görüntülər İsrailin “Əl Şifa” xəstəxanasına daxil olmasına aid deyil

Xəbərin qısa icmalı

“axar.az” saytında teleqram kanalında, “buta.ws” saytında İsrail ordusunun “Əl Şifa” xəstəxanasına hücum etməsini əks etdirdiyi iddia edilən görüntülər yayılıb.

- Görüntülər İsrailin sözügedən xəstəxanaya daxil olmasını əks etdirmir. Video bundan əvvəl 2013-cü ildə Misirin “Rassd Xəbər Şəbəkəsi” agentliyinin yutub kanalında paylaşılıb. Agentlik videonun Rabaa xəstəxanasında çəkildiyini bildirib.

İsrail ordusu noyabr ayının 15-də Qəzzada yerləşən “Əl Şifa” xəstəxanasına daxil olub. İsrail rəsmiləri xəstəxananın HƏMAS tərəfindən hərbi qərargah kimi istifadə edildiyini bildirir, HƏMAS qruplaşması bu məlumatları təkzib edirdi.

İsrail ordusunun xəstəxanaya daxil olmasından sonra “axar.az” saytında teleqram kanalında, “buta.ws” saytında İsrail ordusunun “Əl Şifa” xəstəxanasına hücum etməsini əks etdirdiyi iddia edilən görüntülər yayılıb.

Skrinşot “axar.az” saytından götürülüb

Oxşar video 3 mindən çox izləyicisi olan “Hərbi-Siyasi Baxış – HSB” və “Conflict” adlı teleqram kanallarnda da paylaşılıb.

Skrinşot Hərbi-Siyasi Baxış – HSB” teleqram kanalına məxsusdur.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

İsrail ordusu “Əl Şifa” xəstəxanasına noyabrın 15-də daxil olduqdan sonra bir sıra görüntülər yayıb.

Ancaq yuxarıda təqdim edilən görüntülər İsrailin sözügedən xəstəxanaya daxil olmasını əks etdirmir. Video bundan əvvəl 2013-cü ildə Misirin “Rassd Xəbər Şəbəkəsi” agentliyinin yutub kanalında paylaşılıb. Agentlik videonun Rabaa xəstəxanasında çəkildiyini bildirib.

Skrinşot “Rassd Xəbər Şəbəkəsinin” yutub kanalından götürülüb

Həmin vaxt Misir təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları arasında toqquşma yaşanırdı və Rabaa xəstəxanasında da yaralananlar var idi.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, görüntülərin İsrailin “Əl Şifa” xəstəxanasına aid olması barədə xəbərlər saxtadır.

Saxta
  • 28 Noyabr, 2023
  • 200

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə