logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

İranın Ərbilə hücumuna aid edilən video

İranın Ərbilə hücumuna aid edilən video

Xəbərin qısa icmalı

Musavat.com”, “Şedevr”, “Guney Azfront”, “Alioglu” teleqram kanalları İranın Ərbilə hücumu zamanı çəkildiyi iddia edilən görüntülər dərc ediblər.

- Teleqram kanallarında yayılan video İranın Ərbilə sonuncu hücumuna aid deyil. Görüntülər 2022-ci ilin yanvar ayında Bağdad şəhərinin Yaşıl Zona adlanan bölgəsində yerləşən ABŞ bazasına hücumun qarşısı alınan zaman çəkilib

Yanvarın 15-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən Ərbil şəhərinə raket zərbələri endirib. Zərbələr zamanı 4 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Musavat.com”, “Şedevr”, “Guney Azfront”, “Alioglu” teleqram kanalları İranın hücumu zamanı çəkildiyi iddia edilən görüntülər dərc ediblər. Video feysbukda da paylaşılıb.

Skrinşot “musavat.com” teleqram kanalından götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

İran tərəfindən Ərbilə atılan raketlər ABŞ konsulluğu yaxınlığına düşüb. Vaşinqton hücumu pisləyib. Ancaq teleqram kanallarında yayılan video İranın Ərbilə sonuncu hücumuna aid deyil. Görüntülər 2022-ci ilin yanvar ayında Bağdad şəhərinin Yaşıl Zona adlanan bölgəsində yerləşən ABŞ bazasına hücumun qarşısı alınan zaman çəkilib

Skrinşot “WarLeaks - Military Blog” yutub kanalından götürülüb

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, görüntülərin İranın İraqa sonuncu hücumları zamanı çəkildiyi iddia edilən görüntülər saxtadır.

Saxta xəbər
  • 25 Yanvar, 2024
  • 239

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə