logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Milton” qasırğasına aid olduğu deyilən görüntülər saxtadır

“Milton” qasırğasına aid olduğu deyilən görüntülər saxtadır

Xəbərin qısa icmalı

Oktyabrın 9-da Florida ştatının qərb sahillərində baş verən "Milton" qasırğasından sonra “oxu.az” saytının teleqram kanalında təbii fəlakət zamanı çəkildiyi iddia edilən görüntülər paylaşılıb.

- Paylaşılan 45 saniyəlik videoda bir neçə fərqli kadr yerləşdirilib. Kadrların birincisi 3 il əvvəl, 2021-ci ilin iyun ayında “TikTok” platformasında paylaşılıb. Videonun real olub-olmadığı məlum deyil. İkinci kadrda evlərin üzərində su kütləsi görünür. Daha əvvəl 2022-ci ildə “Reddit” platformasında paylaşılan bu görüntülərin harada çəkildiyi qeyd olunmayıb, “DailyStar” nəşri videonun Ohayo ştatında çəkildiyini iddia edib. Videodakı üçüncü kadr isə 2024-cü ilin fevralında paylaşılıb və Florida ştatının Ceksonvill şəhərində çəkildiyi qeyd olunur. Dördüncü kadrın 2024-cu il 26 sentyabr tarixində “Fox 51 WOGX”in saytında paylaşıldığını görmək mümkündür. Görüntünün Helene qasırğası zamanı çəkildiyi bildirilir. Beşinci kadr daha əvvəl 2023-cü ilin oktyabr ayında “TikTok”da paylaşılıb. Videodakı sonuncu görüntülər isə “Milton” qasırğasından bir neçə gün əvvəl “Youtube”də yerləşdirilib. Kadrların harada və nə vaxt çəkildiyi məlum deyil.

Oktyabrın 9-da Florida ştatının qərb sahillərinə çatan “Milton” qasırğası dağıntılara səbəb olub. Oktyabrın 14-nə olan məlumata görə, təbii fəlakət nəticəsində ən azı 17 nəfər vəfat edib.

Qasırğanın baş verməsindən sonra “oxu.az” saytının 35 mindən çox izləyicisi olan teleqram kanalında təbii fəlakət zamanı çəkildiyi iddia edilən görüntülər paylaşılıb. Həmin paylaşım “Sputnik Azərbaycan”, “azvision.az” kanalllarında da yayımlanıb. 

Skrinşot “oxu.az” saytının teleqram kanalından götürülüb

Paylaşımı feysbuk, instaqram və “TikTok” sosial şəbəkələrində də görmək mümkündür.

Skrinşot “ordan_burdan_xeberler” adlı instaqram səhifəsindən götürülüb. 

Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Yuxarıda paylaşılan 45 saniyəlik videoda bir neçə fərqli kadr yerləşdirilib. 

Kadrların birincisi 3 il əvvəl, 2021-ci ilin iyun ayında “TikTok” platformasında paylaşılıb. Videonun real olub-olmadığı məlum deyil.

Skrinşot “chloeandcalliegoldenlife” adlı “TikTok” hesabından götürülüb

İkinci kadrda evlərin üzərində su kütləsi görünür. Daha əvvəl 2022-ci ildə “Reddit” platformasında paylaşılan bu görüntülərin harada çəkildiyi qeyd olunmayıb, “DailyStar” nəşri videonun Ohayo ştatında çəkildiyini iddia edib.

Skrinşot “Damnthatsinteresting” adlı “Reddit” hesabından götürülüb

Videodakı üçüncü kadr isə 2024-cü ilin fevralında paylaşılıb və Florida ştatının Ceksonvill şəhərində çəkildiyi qeyd olunur.

Skrinşot “First Coast News” kanalından götürülüb.

Dördüncü kadrın 2024-cu il 26 sentyabr tarixində “Fox 51 WOGX”in saytında paylaşıldığını görmək mümkündür. Görüntünün Helene qasırğası zamanı çəkildiyi bildirilir.

Skrinşot “Fox 51 WOGX” saytından götürülüb.

Beşinci kadr daha əvvəl 2023-cü ilin oktyabr ayında “TikTok”da paylaşılıb.

Skrinşot “tornadotitans” adlı “TikTok” hesabından götürülüb

Videodakı sonuncu görüntülər isə “Milton” qasırğasından bir neçə gün əvvəl “Youtube”də yerləşdirilib. Kadrların harada və nə vaxt çəkildiyi məlum deyil.

Skrinşot “Dw” yutub kanalından götürülüb

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, 6 kadrdan ibarət videonun “Milton” qasırğası zamanı çəkilməsi barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 21 Oktyabr, 2024
  • 186

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə