logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Real TV: ABŞ-də dinc aksiyalar keçirmək mümkün deyil

Real TV: ABŞ-də dinc aksiyalar keçirmək mümkün deyil

Xəbərin qısa icmalı

Real TV-də yayımlanan “ABŞ şantaja son qoymalıdır! - Özünü "dünyanın ağası" sayan ölkə erməni lobbisinin alətinə çevrilib” adlı video reportajda Amerikada demokratiya tənqid olunub. Video reportajda qeyd olunur ki, “özünü demokratik hesab edən ölkədə dinc aksiyalar keçirmək də mümkün deyil”. 

ABŞ-də etirazlar və ictimai toplantıların qeydiyyatını aparan countingcrowds.org saytının məlumatında qeyd edilir ki, 2023-cü ildə Amerikada 29.500 aksiya, nümayiş, yürüş və digər ictimai etiraz növü qeydə alınıb. Sayt qeyd edir ki, ümumilikdə 9.1 milyon insanın iştirak etdiyi aksiyaların böyük çoxluğunda fiziki zorakılıq qeydə alınmayıb.  Qeyd edilən 29500 aksiyada ümumilikdə 78 nəfər yaralanıb, 3 ölüm hadisəsi olub ki, bunun da 1-i polis atəşi nəticəsində baş verib. Digər iki ölüm hadisəsi isə nümayişçilərlə əks-nümayişçilər arasında dava nəticəsində olub. Ümumilikdə aksiyalarda 18 polis əməkdaşının yaralanması halı qeydə alınıb. Bu faktlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır.  

Real TV-də yayımlanan “ABŞ şantaja son qoymalıdır! - Özünü "dünyanın ağası" sayan ölkə erməni lobbisinin alətinə çevrilib” adlı video reportajda Amerikada demokratiya tənqid olunub. Video reportajda qeyd olunur ki, “özünü demokratik hesab edən ölkədə dinc aksiyalar keçirmək də mümkün deyil”. 

"Fakt Yoxla" Real TV-nin iddiasının doğru olub-olmadığını yoxlayıb.

Dinc aksiya etmək azadlığı fundamental insan haqqlarından olub fərdlərin kollektiv formada özlərini ifadə etmək və cəmiyyətin ictimai həyatında iştirak etmək cəhdidir. Bu azadlıq həm beynəlxalq hüquq, həm də əksər ölkələrin qanunvericiliyi ilə tanınır. 

BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktı dinc aksiyaya fərdlərin əsasən özünü ifadə məqsədilə qeyri-zorakı toplanışı kimi tərif verir. Bu cür aksiyalar qapalı və açıq, həmçinin şəxsi və ictimai məkanlarda nümayiş, etiraz, görüş, yürüş, mitinq, oturaq aksiya, şam yandırma və flaş mob şəklində baş verə bilər. Paktda qeyd edilir ki, bəzən ictimai nəqliyyatın və insanların işinə və ya iqtisadi fəaliyyətə maneə törətsə belə, bu cür aksiyalar dövlət tərəfindən qorunmalı və təhlükəsizliyi təmin edilməlidir. Sənəddə göstərilir ki, dinc aksiya azadlığının tanınması dövlətlərə bu haqqa hörmət etmək və əsassız müdaxilə etmədən onun reallaşmasına imkan verməyi ehtiva edir. Dinc toplaşmaq azadlığına hörmət ABŞ Konstitusiyasına 1-ci düzəlişdə də öz əksini tapıb: “konqress ... ifadə, media və dinc toplaşmaq azadlığını məhdudlaşdıran qanun qəbul edə bilməz”. 

ABŞ-də etirazlar və ictimai toplantıların qeydiyyatını aparan countingcrowds.org saytının məlumatında qeyd edilir ki, 2023-cü ildə Amerikada 29.500 aksiya, nümayiş, yürüş və digər ictimai etiraz növü qeydə alınıb. Sayt qeyd edir ki, ümumilikdə 9.1 milyon insanın iştirak etdiyi aksiyaların böyük çoxluğunda fiziki zorakılıq qeydə alınmayıb.  Qeyd edilən 29500 aksiyada ümumilikdə 78 nəfər yaralanıb, 3 ölüm hadisəsi olub ki, bunun da 1-i polis atəşi nəticəsində baş verib. Digər iki ölüm hadisəsi isə nümayişçilərlə əks-nümayişçilər arasında dava nəticəsində olub. Ümumilikdə aksiyalarda 18 polis əməkdaşının yaralanması halı qeydə alınıb. 

Göründüyü kimi, ABŞ-də il boyu 30 minə qədər müxtəlif növ dinc etiraz aksiyaları baş verib və bu aksiyalarda cüzi zorakılıq halı - 78 mülki, 18 polis yaralanması və bir ölüm (polis atəşi nəticəsində) qeydə alınıb. Bu statistika onu göstərir ki, birincisi ABŞ-da sərbəst toplaşmaq azadlığına heç bir məhdudiyyət yoxdur, ikincisi bu aksiyalara zorakı müdaxilə çox cüzidir.

Bu faktlar beynəlxalq təşkilatların hesabatında da öz əksini tapır. Belə ki mərkəzi ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən beynəlxalq insan haqları təşkilatı “Freedom House” ABŞ ilə bağlı 2023-cü il hesabatında qeyd edir ki: “yerli idarəetmə orqanları tez-tez aksiyaların məkanı və müddəti ilə bağlı məhdudiyyətlər tətbiq etsə də, siyasi və digər mövzularla əlaqəli etirazlar geniş yayılıb və əsasən zorakılıq olmadan keçir”. 

Göründüyü kimi, Real TV-nin ABŞ-də dinc aksiyalar keçirməyin mümkün olmaması iddiasının əksinə olaraq, Birləşmiş Ştatlarda hər il 10 minlərlə müxtəlif növ etiraz aksiyaları keçirilir və bu cür dinc aksiyaların böyük çoxluğu fiziki zorakılıq olmadan baş tutur.

Beləliklə, “Fakt Yoxla”nın gəldiyi qənaətə görə Real TV-nin iddiası yalandır

Yalan
  • 9 Noyabr, 2024
  • 224

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə