logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Real TV: "Atmosferi çirkləndirən ölkələr arasında ABŞ birinci, Hindistan ikinci, Avropa İttifaqı üçüncü yeri tutur"

Real TV: "Atmosferi çirkləndirən ölkələr arasında ABŞ birinci, Hindistan ikinci, Avropa İttifaqı üçüncü yeri tutur"

Xəbərin qısa icmalı

-“Real TV”-də yayımlanan videoda atmosferi çirkləndirən ölkələr arasında ABŞ-nin birinci (15%), Hindistanın ikinci (7%), Avropa İttifaqının isə üçüncü (6.5%) yeri tutduğu qeyd olunub.

- Müstəqil tədqiqat qrupu olan “Climate Action Tracker”ə görə, 2022-ci ildə atmosferi ən çox çirkləndirən ölkələrin siyahısına qlobal atmosfer tullantılarının 30%-nə sahib olan Çin liderlik edir.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2023-cü il üçün yayımladığı hesabatda da atmosferi çirkləndirən qlobal istixana qazları emissiyasının 30%-nin Çinin payına düşdüyü görünür.

Avropa Komissiyası və Niderland Ətraf Mühitin Qiymətləndirilməsi Agentliyi tərəfindən yaradılmış EDGAR məlumat bazasının hesabatlarına əsasən ölkələr tərəfindən atmosferə buraxılan CO2 emissiyası üzrə göstəricilərinə görə Çin yenə də liderdir. 

- Hesabatlardan aydın olur ki, Çin CO2 emissiyaları üzrə atmosferi çirkələndirən əsas ölkədir. Həmçinin son 23 ilin göstəricilərinin müqayisəsi Çin, Hindistan və Rusiya kimi ölkələrdə, (o cümlədən Azərbaycanda) atmosferə buraxılan CO2 emissiyasının həcminin kəskin şəkildə artdığını, ABŞ və Avropa İttifaqında isə bu göstəricinin ciddi ölçüdə azaldığını göstərir. 

“Real TV”-də yayımlanan videoda atmosferi çirkləndirən ölkələr arasında ABŞ-nin birinci (15%), Hindistanın ikinci (7%), Avropa İttifaqının isə üçüncü (6.5%) yeri tutduğu qeyd olunub.

Fakt Yoxla” Real TV-nin bu iddiasının doğru olub olmadığını araşdırıb.

Əvvəlcə qeyd edək ki, atmosferin çirklənməsi havada insan sağlamlığına zərər vuracaq və ya digər zərərli ekoloji təsirlər törədəcək miqdarda çirkləndirici maddələrin olmasıdır. Ümumdünya Səhiyyə Təşkilatın məlumatına əsasən, atmosfer çirklənməsinin səbəb olduğu problemlər hər il 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Dünya əhalisinin 99%-i isə ÜST-ün müəyyən etdiyi səviyyədən daha artıq kirlənmiş hava ilə nəfəs alır. Bu cür çirklənmə qalıq yanacaqlardan istifadə nəticəsində yaranan istixana qazlarının emissiyalarının (əsasən CO2) havaya atılması ilə baş verir ki, bu da insan sağlamlığına və bütövlükdə planetə zərər verir.

Müstəqil tədqiqat qrupu olan “Climate Action Tracker”ə görə, 2022-ci ildə atmosferi ən çox çirkləndirən ölkələrin siyahısına qlobal atmosfer tullantılarının 30%-nə sahib olan Çin liderlik edir. (Cədvəl 1)

Cədvəl 1. 2022-ci ildə atmosferi ən çox çirkləndirən ölkələrin siyahısı

Mənbə: CNN

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2023-cü il üçün yayımladığı hesabatda da atmosferi çirkləndirən qlobal istixana qazları emissiyasının 30%-nin Çinin payına düşdüyü görünür. (Cədvəl 2)

Cədvəl 2. Qlobal istixana qazları emissiyasının 2021-ci il üzrə ümumi % bölgüsü

Mənbə: UNEP

Avropa Komissiyası və Niderland Ətraf Mühitin Qiymətləndirilməsi Agentliyi tərəfindən yaradılmış EDGAR məlumat bazasının hesabatlarına əsasən ölkələr tərəfindən atmosferə buraxılan CO2 emissiyası üzrə göstəriciləri isə aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 3. Atmosferə buraxılan CO2 emissiyasının 2023-ci il üzrə ümumi % bölgüsü

Mənbə: EDGAR

Hesabatlardan aydın olur ki, Çin CO2 emissiyaları üzrə atmosferi çirkələndirən əsas ölkədir. Həmçinin son 23 ilin göstəricilərinin müqayisəsi Çin, Hindistan və Rusiya kimi ölkələrdə, (o cümlədən Azərbaycanda) atmosferə buraxılan CO2 emissiyasının həcminin kəskin şəkildə artdığını, ABŞ və Avropa İttifaqında isə bu göstəricinin ciddi ölçüdə azaldığını göstərir. 

Fakt Yoxla”nın gəldiyi qənətə görə, Real TV-nin atmosferi çirkləndirən ölkələrlə bağlı verdiyi məlumat yanlışdır. 

Yanlış
  • 15 Noyabr, 2024
  • 238

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə