logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta foto: Makronlar ailəsi

Saxta foto: Makronlar ailəsi

Xəbərin qısa icmalı

Fransa Prezidenti Emmanuel Makronun uşaq yaşlarından hazırkı həyat yoldaşı Bricit Makron ilə birgə olduğu iddia edilən foto sosial şəbəkələrdə yayılıb. 

Ancaq iddia doğru deyil. Orijinal foto “France 3” telekanalının 2016-cı ildə hazırladığı “La stratégie du météore” (Meteorit strategiyası) adlı sənədli filmdən götürülüb. Həmin filmdə Bricit Makronun fransız dili müəllimi ilə çəkilmiş fotoşəkli yer alıb. Ancaq fotonun orjinalında olan uşaq Emmanuel Makron deyil. “Radiofrance” qeyd edir ki, Makronun uşaqlıq fotosu başqa kadrdan götürülərək Bricit Makronun olduğu fotoya yerləşdirilib.

Fransa Prezidenti Emmanuel Makronun uşaq yaşlarından hazırkı həyat yoldaşı Bricit Makron ilə birgə olduğu iddia edilən foto sosial şəbəkələrdə yayılıb. 

Fotonu feysbukda 31 mindən çox izləyicisi olan “Nöqtə” adlı səhifə paylaşıb və yüzlərlə reaksiya və şərh alıb. 

Foto “Nöqtə” adlı feysbuk səhifəsindən götürülüb

“Fakt Yoxla” fotonun doğru olub-olmadığını yoxlayıb.

Fotodakı uşağın Emmanuel Makron, qadının Bricit Makron, kişinin isə Bricit Makron ilk əri olduğu iddia edilib.

Ancaq iddia doğru deyil. Orijinal foto “France 3” telekanalının 2016-cı ildə hazırladığı “La stratégie du météore” (Meteorit strategiyası) adlı sənədli filmdən götürülüb. Həmin filmdə Bricit Makronun fransız dili müəllimi ilə çəkilmiş fotoşəkli yer alıb. 

Foto “Radiofrance”dan götürülüb

Ancaq fotonun orjinalında olan uşaq Emmanuel Makron deyil. “Radiofrance” qeyd edir ki, Makronun uşaqlıq fotosu başqa kadrdan götürülərək Bricit Makronun olduğu fotoya yerləşdirilib. Fotonun Makronun Bricitlə tanış olduğu dövrdən xeyli əvvələ — onun məktəb illərinə aid olduğu bildirilir.

Fotolar “Radiofrance”dan götürülüb

Qeyd edək ki, film Emmanuel Makronun karyerası, şəxsi həyatı, ailəsi və ideoloji baxışlarından bəhs edir.

Fransanın “Liberation” qəzetinin  faktaraşdırma xidməti olan “CheckNews”un məlumatına görə, fotoşəkildəki kişi heç də Bricit Makronun birinci əri deyil. O, əslində Amiens şəhərindəki “La Providence” liseyində fransız dili müəllimi olmuş və artıq təqaüdə çıxmış Klaude Huqotdur. 

Beləliklə, “Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Emmanuel və Bricit Makronların birgə olduğu foto saxtadır.

Saxta xəbər
  • 28 Aprel, 2025
  • 66

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə