logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: ABŞ-ın Gibraltar Eagle konteyner gəmisinə aid olduğu iddia edilən görüntülər

Saxta xəbər: ABŞ-ın Gibraltar Eagle konteyner gəmisinə aid olduğu iddia edilən görüntülər

Xəbərin qısa icmalı

-Sosial şəbəkələrdə Yəmən qüvvələrinin yanvarın 15-də vurduğu ABŞ-ın Gibraltar Eagle konteyner gəmisinə aid olduğu iddia edilən görüntülər yayılıb.

- Həmin görüntülər 2021-ci il mayın 25-də Şri Lanka sahillərində qeydə alınıb. Hadisə Sinqapur bayrağı altında üzən X-Press Pearl gəmisinin konteynerlərindən birinin alışması nəticəsində baş verib. 

Sosial şəbəkələrdə Yəmən qüvvələrinin yanvarın 15-də vurduğu ABŞ-ın Gibraltar Eagle konteyner gəmisinə aid olduğu iddia edilən görüntülər yayılıb. Görüntülər Hərbi Xəbər Kanalı; Hərbi-Siyasi Baxış – HSBAlioğlu adlı telegram kanalları tərəfindən paylaşılıb.

Gibraltar Eagle gəmisinə aid olduğu iddia edilən görüntülər

 

Skrinşotlar: Hərbi-Siyasi Baxış – HSBHərbi Xəbər KanalıAlioğlu

“Fakt Yoxla” sözügedən iddianın doğru olub-olmadığını yoxlayıb.

Yəməndə hakimiyyətdə olan Husi qüvvələri yanvarın 15-də Ədən körfəzində ABŞ-ın Gibraltar Eagle konteyner gəmisinə ballistik raketlə zərbə endirib. Məlumat ABŞ Mərkəzi Komandanlığı tərəfindən təsdiqlənib. Komandanlıq gəminin ciddi xəsarət almadığını və fəaliyyətinə davam etdiyini bildirib. 

Qırmızı dənizin şərq sahillərinə nəzarət edən Husilər İsrailə aid və ya İsrail limanlarına gedən gəmiləri hədəfə alır. Onlar bunu İsrailin 2023-cü ilin oktyabrın 7-dən Qəzzada başlatdığı hərbi əməliyyatlara cavab olaraq etdiklərini bildirirlər. ABŞ və Böyük Britaniya bu ilin yanvarın 12-də Husilərə qarşı havadan, gəmilərdən və sualtı qayıqlardan raket zərbələri endirib.

Gibraltar Eagle konteyner gəmisi, AP

Hərbi Xəbər Kanalı; Hərbi-Siyasi Baxış – HSB və Alioğlu adlı telegram kanallarının paylaşdığı görüntülər isə 2021-ci il mayın 25-də Şri Lanka sahillərində qeydə alınıb. Hadisə Sinqapur bayrağı altında üzən X-Press Pearl gəmisinin konteynerlərindən birinin alışması nəticəsində baş verib. 

X-Press Pearl gəmisi, Yahoo News

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, ABŞ-ın Gibraltar Eagle konteyner gəmisinə aid olduğu iddia edilən görüntülər saxtadır.

Saxta
  • 24 Yanvar, 2024
  • 178

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə