logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Çin xəritəçəkmə proqramlarında İsrailin adını və bayrağını platformalardan silib

Saxta xəbər: Çin xəritəçəkmə proqramlarında İsrailin adını və bayrağını platformalardan silib

Xəbərin qısa icmalı

Azərbaycan mediasında yayılan xəbərlərə görə, Çin xəritəçəkmə proqramlarında İsrailin və Fələstinin adını və bayrağını platformalardan silib. Bildirilir ki, “Baidu” və “Gaode”  proqramlarında bütün ölkələr öz adları və bayraqları ilə göstərilir. Ancaq İsrail və Fələstinə gəlincə, heç bir ad və bayraq qoyulmayıb.

Baidu və Alibabanın çindilli onlayn xəritələri İsrailin beynəlxalq səviyyədə tanınmış sərhədlərini, eləcə də Fələstin ərazilərini, həmçinin əsas şəhərləri göstərir, lakin ölkələrin adlarını açıq şəkildə qeyd etmir. 

Baidunun sözcüsü CNN agentliyinə bildirib ki, onlayn xəritədə yer məhdud olduğu üçün Baidunun xəritəsi bəzi ərazilərin adını və ya bayrağını qeyd etməyə bilir.

Azərbaycan mediasında yayılan xəbərlərə görə, Çin xəritəçəkmə proqramlarında İsrailin və Fələstinin adını və bayrağını platformalardan silib. Bildirilir ki, “Baidu” və “Gaode”  proqramlarında bütün ölkələr öz adları və bayraqları ilə göstərilir. Ancaq İsrail və Fələstinə gəlincə, heç bir ad və bayraq qoyulmayıb. Oxşar vəziyyət xəritəyə mobil telefon vasitəsilə daxil olarkən də müşahidə olunub. Çinin bu addımı İsrailin Qəzzaya hücumu kontekstində siyasi motivlərlə atdığı bildirilir. Xəbər Publika.az, News24.az, Big.az, Milli.az kimi media orqanları tərəfindən yayımlanıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Sözügedən məlumat ilk dəfə oktyabrın 29-da @jenniferzeng97 adlı “X” hesabından yayılıb. Paylaşımda bildirilir ki, İsrail Çinin onlayn xəritəsi Baiduda yoxdur.

Skrinşot @jenniferzeng97 adlı X hesabından götürülüb

Mövzu ilə bağlı Wall Street Journal-ın (WSJ) hazırladığı məqalədə bildirilir ki, Baidu və Alibabanın xəritəsində İsrailin və Fələstinin adları qeyd olunmayıb. WSJ ərazicə daha kiçik ölkə olan Lüksemburqun adının qeyd olunduğuna diqqət çəkir. 

Xəbər digər beynəlxalq media agentlikləri tərəfindən də yayımlanıb.

 

Skrinşot Google sosial şəbəkəsindən götürülüb

Baidu və Alibabanın çindilli onlayn xəritələri İsrailin beynəlxalq səviyyədə tanınmış sərhədlərini, eləcə də Fələstin ərazilərini, həmçinin əsas şəhərləri göstərir, lakin ölkələrin adlarını açıq şəkildə qeyd etmir. 

Lakin bu yeni hadisə deyil.

Wayback maşını vasitəsilə arxivləşdirilmiş bir veb səhifəyə görə, Çin internet istifadəçisi, 2021-ci ilin mayında, Çinin Zhihu sosial şəbəkəsində Gaode və Baidu xəritələrində İsrail və Fələstinin adlarını görə bilmədiyini bildirib.

Skrinşot Zhihu sosial şəbəkəsindən götürülüb

Sözügedən mətnin Azərbaycan dilinə tərcüməsi belədir:

“Mən Çinin Baidu və Gaode xəritələrinə baxdım və hər ikisində ortaq bir şey tapdım. Hər iki şirkət aydın şəkildə İsrail dövlətini və Fələstin dövlətini qeyd etmir, bu da onların ərazilərin demarkasiyası ilə bağlı narahatlıqdan yayındığını göstərir.”

2022-ci ilin noyabrında @CurtExplores hesabının “Twitter” paylaşımı da göstərir ki, həmin vaxtı Baidu xəritəsi İsrail və Fələstin adlarını göstərməyib.

Skrinşot @CurtExplores adlı X hesabından götürülüb

Onu da qeyd edək ki, Baidu və Alibaba özəl şirkətlərdir və Çinin rəsmi mövqeyini yansıtmır. Çinin 2010-cu ildən istifadə olunan rəsmi Tianditu onlayn xəritə platforması var ki, orada hər iki ölkənin adları qeyd olunub.

Bundan əlavə Çin Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı Reuters agentliyinin sualına cavab olaraq bildirib ki,  “İnanıram ki, Çin və İsrailin normal diplomatik münasibətlərinin olduğundan xəbərdarsınız. Suallarınıza gəlincə, müvafiq ölkə, Çin səlahiyyətli orqanlarının yayımladığı standart xəritələrdə aydın şəkildə qeyd olunur ki, ona istinad edə bilərsiniz.”

Qeyd edək ki, Çin İsraili 1949-cu ildə, Fələstini isə 1988-ci ildə rəsmi dövlət olaraq tanıyıb.

Baidunun sözcüsü CNN agentliyinə bildirib ki, onlayn xəritədə yer məhdud olduğu üçün Baidunun xəritəsi bəzi ərazilərin adını və ya bayrağını qeyd etməyə bilir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Çinin Baidu və Gaode xəritələrdə İsrail və Fələstinin adının oktyabrın 7-dən başlayan münaqişə ilə bağlı silinməsi xəbəri saxtadır. 

Publika.az, Çin İsraili xəritədən sildi - FOTO 

News24.az, Çin İsraili "xəritədən sildi"... - VİDEO

Big.az, Çin İsraili xəritədən sildi

Milli.az, Çin İsraili xəritədən sildi - FOTO

X, @jenniferzeng97

X, @CurtExplores

CNN, As Gaza conflict rages, online maps from Chinese companies are missing Israel’s name

Çin Xarici İşlər Nazirliyi, Mətbuat Konfransı (31 Oktyabr 2023)

Tianditu sosial şəbəkəsi

Zhihu sosial şəbəkəsi

Wall Street Journal, Israel-Hamas War: Israeli Airstrike at Refugee Camp Is Sharply Criticized by Gulf States — Live Updates

Saxta
  • 27 Noyabr, 2023
  • 395

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə