logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Hizbullah ABŞ-a cavab olaraq gəmi əleyhinə raketlərini nümayiş etdirib

Saxta xəbər: Hizbullah ABŞ-a cavab olaraq gəmi əleyhinə raketlərini nümayiş etdirib

Xəbərin qısa icmalı

Sosial şəbəkələrdə noyabrın 6-da Hizbullah qruplaşmasının “ABŞ-a cavab olaraq” gəmi əleyhinə raketlərini nümayiş etdirdiyini iddia edən görüntülər yayılıb. 

Hizbullahın “ABŞ-a cavab olaraq” gəmi əleyhinə raketlər nümayiş etdirdiyi iddia edilən görüntülər yeni deyil və İsrail-HƏMAS arasındakı sonuncu toqquşma ilə ələqəsi yoxdur. Müxtəlif raketlərin nümayiş etdirildiyi video daha əvvəl 2019-cu ildə paylaşılıb. “Iran Press” nəşrinin yazdığına görə, raketlər Hizbullaha məxsus C-802 adlı gəmi əleyhinə raketlərdir.

Sosial şəbəkələrdə noyabrın 6-da Hizbullah qruplaşmasının “ABŞ-a cavab olaraq” gəmi əleyhinə raketlərini nümayiş etdirdiyini iddia edən görüntülər yayılıb. 

Sözügedən video 70 mindən çox izləyicisi olan “Hərbi xəbərlər”, eləcə də “AzPolitika” və “Hərbi-Siyasi Baxış – HSB” teleqram kanallarında paylaşılıb və instaqramdakı səhifələrdən birində 400-dən çox istifadəçi tərəfindən bəyənilib.

Skrinşot “melumat_ve_xeber” adlı instaqram səhifəsindən götürülüb

“Hizbullah ABŞ Hərbi Dəniz Qüvvələrinə və qismən də İsrailə mesaj olaraq İranın “Nur” gəmi əleyhinə raketlərini təqdim edib”, - paylaşımların birində belə deyilir.

Skrinşot “Hərbi xəbərlər” adlı teleqram kanalından götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Hizbullah qruplaşması Livanda fəaliyyət göstərən bir çox silahlarla təchiz edilmiş islamçı qruplaşmadır. Qrupun gəmi əleyhinə olanlar daxil olmaqla minlərlə raket sistemi var. İsrail və HƏMAS arasında toqquşmanın başlamasından sonra Hizbullah hərəkatı HƏMAS-a dəstək ifadə edib. Oktyabrın 7-dən sonra Hizbullah və İsrail arasında bir neçə dəfə qarşıdurma yaşanıb.

ABŞ toqquşmanın başlamasından sonra İran və Hizbullahı çəkindirmək üçün Yaxın Şərqə təyyarə daşıyan və digər gəmilər göndərib.

Amma Hizbullahın “ABŞ-a cavab olaraq” gəmi əleyhinə raketlər nümayiş etdirdiyi iddia edilən görüntülər yeni deyil və İsrail-HƏMAS arasındakı sonuncu toqquşma ilə ələqəsi yoxdur.

Müxtəlif raketlərin nümayiş etdirildiyi video daha əvvəl 2019-cu ildə paylaşılıb. “Iran Press” nəşrinin yazdığına görə, raketlər Hizbullaha məxsus C-802 adlı gəmi əleyhinə raketlərdir. Hizbullahın öz rəsmi səhifələrində sözügedən videonu paylaşması barədə dəqiq məlumatlar yoxdur.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Hizbullahın ABŞ-a cavab olaraq gəmi əleyhinə raketlərini nümayiş etdirməsi barədə xəbərlər saxtadır.

Saxta
  • 28 Noyabr, 2023
  • 192

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə