logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“TV Müsavat”ın saxta xəbəri: “Simpsonlar” Azərbaycan-Rusiya müharibəsini proqnoz verib

“TV Müsavat”ın saxta xəbəri: “Simpsonlar” Azərbaycan-Rusiya müharibəsini proqnoz verib

Xəbərin qısa icmalı

“TV Müsavat” yutub kanalı “Simpsonlar” serialında Azərbaycan-Rusiya müharibəsinin proqnoz edildiyini iddia edib. Aparıcı Sevinc Telmanqızı animasiyanı efirdə təqdim edərək görüntülərin həmin seriala məxsus olduğunu bildirib. 

“TV Musavat”ın təqdim etdiyi animasiya “Simpsonlar” serialına aid deyil. Video rusdilli “Simps Stories” səhifəsi tərəfindən “Tik-Tok”-da paylaşılıb. Bu səhifə süni intellekt əsasında “Simpsonlar” animasiyasını təqlid edərək müxtəlif ssenarilər hazırlayır. Eyni üslubdakı bu videoda da hadisələrin sanki serialın 19-cu mövsümündə baş verdiyi nəql edilib. Hekayədə 2025-ci ilin avqustunda Azərbaycan-Rusiya müharibəsinin yaşanacağı, Azərbaycanda rus dilinin qadağan ediləcəyi və ABŞ-Azərbaycan hərbi paktının imzalanacağı xəbər verilib. Halbuki  “Simpsonlar”-ın 19-cu sezonunda belə bir seriya yoxdur və kontent tamamilə təxəyyül məhsuludur.

“TV Müsavat” yutub kanalı “Simpsonlar” serialında Azərbaycan-Rusiya müharibəsinin proqnoz edildiyini iddia edib. Aparıcı Sevinc Telmanqızı animasiyanı efirdə təqdim edərək görüntülərin həmin seriala məxsus olduğunu bildirib. 

Skrinşot “TV Müsavat”dan götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

“Simpsonlar” serialı tez-tez sosial media gündəmini zəbt edir. Serialın ictimai-siyasi hadisələri illər öncədən proqnoz verməsi məşhur müzakirə mövzusudur. Lakin bu xəbərlər bəzən saxta olur və trend naminə dərc edilir. 

“TV Musavat”ın təqdim etdiyi animasiya isə “Simpsonlar” serialına aid deyil. Video rusdilli “Simps Stories” səhifəsi tərəfindən “Tik-Tok”-da paylaşılıb. Bu səhifə süni intellekt əsasında “Simpsonlar” animasiyasını təqlid edərək müxtəlif ssenarilər hazırlayır. Eyni üslubdakı bu videoda da hadisələrin sanki serialın 19-cu mövsümündə baş verdiyi nəql edilib. Hekayədə 2025-ci ilin avqustunda Azərbaycan-Rusiya müharibəsinin yaşanacağı, Azərbaycanda rus dilinin qadağan ediləcəyi və ABŞ-Azərbaycan hərbi paktının imzalanacağı xəbər verilib. Halbuki  “Simpsonlar”-ın 19-cu sezonunda belə bir seriya yoxdur və kontent tamamilə təxəyyül məhsuludur.

Detektor vasitələri də “Simps Stories”-in paylaşımının süni intellektlə hazırlandığını təsdiq edir. Animasiya həm səs, həm də görüntü cəhətdən süni zəka vasitəsilə düzəldilib.                                                    

Mənbə: “hivemoderation.com

Beləliklə, təqdim edilən faktlar Azərbaycan-Rusiya müharibəsi proqnozunun “Simps Stories” kanalı tərəfindən ssenariləşdirildiyini və “Simpsonlar” serialı ilə əlaqəsinin olmadığını aydın şəkildə göstərir. 

“Fakt Yoxla”nın qənaətincə, “TV Musavat”ın xəbəri saxtadır. 

Saxta xəbər
  • 8 Avqust, 2025
  • 119

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə