Metodologiya

“Fakt Yoxla” (Fact Check) siyasətçilərin açıqlamalarının dəqiqliyini yoxlamaq məqsədi ilə Prezidentin, Vitse-prezidentin, Baş nazirin və hökumət nümayəndələrinin, eyni zamanda ictimai fiqurların ifadələrini yoxlayır, həmçinin Parlament sessiyalarının monitorinqini aparır. Bundan əlavə, “Fakt Yoxla” ictimaiyyətə özlərinin maraqlı olduqları faktları yoxlamaq üçün fürsət verərək innovativ xidmət təklif edir: Öz Faktını Yoxla.

“Fakt Yoxla” siyasi baxımdan müstəqil və tərəfsiz bir layihədir.

“Fakt Yoxla”nın metodologiyası və iş prosesi kompleksdir: tədqiqat-məqalə veb-səhifədə nəşr olunmadan əvvəl bir neçə əsas mərhələdən keçir.

İlk mərhələdə “Fakt Yoxla” qrupu ictimai fiqurların müxtəlif media orqanlarında yayımlanan ifadələrini ardıcıl izləyir. Monitorinq prosesi ərzində qrup üzvləri fərdi şəkildə ən maraqlı və aktual hesab etdikləri ifadələri qeyd edirlər.  

“Fakt Yoxla” ifadələri açıqlama verən müəllifin statusuna görə deyil, səsləndirilən məlumatların əhəmiyyətinə əsasən seçir. Əlavə olaraq bunu da bildirməliyik ki, “Fakt Yoxla” heç bir siyasətçinin qiymətverici fikirlərini və ya hər hansı məsələ ilə bağlı şəxsi fikirlərini yoxlamır.

Araşdırmanın ilkin mövzuları müəyyənləşdirildikdən sonra qrup yenə bir araya gəlir və komandanın hər bir fərdi üzvü komandanın qalan hissəsinə qeydə alınmış bəyanatları təqdim edir. Daha sonra tərtib edilmiş siyahının ən maraqlı və yoxlanılabilən ifadələri rəhbər heyətlə birlikdə bütün qrup tərəfindən seçilir. Seçilən açıqlama və bəyanatlar müxtəlif komanda üzvlərinə verildikdən sonra “Fakt Yoxla” üzvləri məqalələr- tədqiqatlar üzrə faktiki işə başlayır.

Tədqiqatın gedişi zamanı “Fakt Yoxla” üzvləri müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai xadimlərdən və ekspertlərdən müsahibə almaqla birlikdə bir neçə açıq mənbəni araşdırırlar. Tədqiqatımızın digər vacib hissəsi dövlət orqanlarından tələb olunan ictimai məlumatdır. Ehtiyac olduqda “Fakt Yoxla” üzvləri dərhal açıqlama müəlliflərinə və ya onların nümayəndələrinə səsləndirilən iddianın konkret aspektlərini müəyyən etmək və ya siyasətçinin istifadə etdiyi mənbəni soruşmaq üçün müraciət edir.

Mövzu ilə bağlı mümkün olan bütün məlumatlar toplandıqdan sonra “Fakt Yoxla” üzvü uyğun fakt-ölçən şkalanı tətbiq etməklə məqaləni yekunlaşdırır. Hər bir məqalə redaktor tərəfindən çox diqqətlə nəzərdən keçirilir, ondan sonra müəllif son düzəlişləri əlavə edir və məqaləni bitirir. Tədqiqat heç bir qeyri-obyektivlik əlaməti daşımadığı və oxucuda sual yaratmadığı zaman tam olaraq bitirilmiş qəbul edilir. Nəhayət, məqalə internet resursda dərc olunur.

Fakt yoxlama prosesi bəzi hallarda səhv edə biləcəyimizə icazə verir. Buna görə də faktları “Fakt Yoxla” tərəfindən yoxlanmış siyasətçilər tədqiqatla və qərarımızla razılaşmırlarsa, “Fakt Yoxla” onlara müvafiq arqumentləri yazılı şəkildə göndərməyi təklif edir. Alınan sübutlar “Fakt Yoxla” heyəti tərəfindən yaxından araşdırılacaq.  İddialar təsdiqləndiyi halda, araşdırmamızı və fakt-ölçən şkala vasitəsilə verdiyimiz qiyməti yenidən nəzərdən keçirəcəyik və ya dəyişdirəcəyik.

Tədqiqata və ya məqaləyə əhəmiyyətli məlumatlar əlavə edildikdə sonra (bu məlumatlar son hökmün dəyişdirilməsinə gətirib çıxarmazsa) materialı yenidən nəzərdən keçiririk. Əlavə məlumatlar son qərarı dəyişdirə bilərsə, məqalədə düzəliş edilir. Bu təcrübə “Fakt Yoxla”nın işində maksimum obyektivliyi və siyasi tərəfsizliyi təmin etmək məqsədi ilə həyata keçirilir.

Şkala

“Fakt Yoxla” Azərbaycan ictimaiyyəti üçün maraqlı və aktual olan məsələlər üzrə siyasətçilərin açıqlamalarındakı faktların dəqiqliyini qiymətləndirməyi qarşısına hədəf qoyur. Hər bir material aşağıdakı fakt-ölçən şkala vasitəsilə qiymətləndirilir:

Doğru – Açıqlama düzgündür və heç bir əhəmiyyətli informasiya yaddan çıxmayıb;

Əsasən doğru – Açıqlama düzgündür, ancaq bəzi aydınlaşdırmalar və əlavə informasiyalar lazımdır;

Yarı-doğru – Açıqlama qismən düzgündür, ancaq bəzi əhəmiyyətli detallar unudulub və ya bəzi informasiyalar kontekstdən kənar verilib;

Əsasən yanlış – Açıqlama bəzi doğru faktları ehtiva etsə də, çox əhəmiyyətli kritik faktları gizlədir;

Yanlış – Açıqlama doğru deyil;

Yalan – Açıqlama doğru deyil və çox absurd iddialar ehtiva edir.