logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın AXCP sədri Əli Kərimli ilə bağlı iddiası

Deputatın AXCP sədri Əli Kərimli ilə bağlı iddiası

"Mən özüm çıxdım, baxdım. Orda 100-150 nəfər olardı. Bəlkə də, ondan az. Köməkçilərimə dedim internetə baxdılar. Əli Kərimli orda elə şəkillər qoyub ki, bilmirəm 1918-ci ilin şəkilləridir, ya 2000 neçənci illərin şəkilləridir, nəbilim 100 min adam yığılıb…”

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev “Toplum Tv”də AXCP-nin Milli Məclis qarşısında keçirdiyi aksiyasından danışarkən deyib.

“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb. 

Rüfət Quliyevin haqqında danışdığı aksiya AXCP tərəfindən sentyabrın 30-da Milli Məclisin qarşısında təşkil olunmuşdu. Aksiyanın əsas məqsədi “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz olub. 

AXCP sədri Əli Kərimli etiraz aksiyasından bir gün öncə etdiyi paylaşımda əvvəlki mitinqlərdən birində çəkilmiş bir foto paylaşıb. 

Partiya sədrinin aksiya günü paylaşdığı fotolar aksiyanın keçirildiyi tarixdə çəkilib. 

Partiya sədri həm bu paylaşımında, həm də oktyabrın 1-də yaydığı postda aksiyaya 300-400 nəfər fəalın qatılğığını bəyan edib.

Skrinşot Əli Kərimlinin feysbuk səhifəsindən götürülüb.

Əli Kərimli oktyabrın 1-də aksiyanın nəticələri ilə bağlı “Azad söz” kanalı vasitəsilə müraciətində aksiyaya 100-lərlə insanın qatıldığını bildirib.  

O, oktyabrın 2-də yaydığı videoda isə “çox da böyük olmayan aksiya” ifadəsindən istifadə edib və o deyib: “Biz bilirik insanlar 19 oktyabr 2019-cu il aksiyasındakı kimi böyük mitinqlərə hazır deyil. Minlərlə insan belə aksiyalara qoşulmağa hələlik qərar verməyib. Ona görə biz də məhdud müraciətlər edirik. Biz əslində aksiyanı piket olaraq təyin etmişdik. Amma o piket yerinə gedib çıxa bilməkdən ötrü çox cəbhəçi səfərbər olmuşdu. Yəqin ki, 300-400 nəfər insan bu aksiyaya qoşulmuşdu ki, gedib Milli Məclisin qarşısına çıxa bilsinlər”.

Qeyd edək ki, Əli Kərimli aksiya zamanı “Azad söz” yutub kanalının canlı videosunu da paylaşmışdı. Həmin videonun örtük fotosu köhnə aksiyanı əks etdirsə də, aksiyadan canlı yayım nümayiş olunurdu. Partiya sədri heç bu paylaşımında da aksiyanın keçirildiyi yerə 100 min nəfərin yığışdığını deməyib.

Əli Kərimlinin müxtəlif vaxtlarda paylaşdığı postlarda SSRİ-yə qarşı mitinqi əks etdirən aşağıdakı fotonu paylaşıb. Amma o, aksiyanın keçirildiyi tarixdə sosial media hesablarında bu tipli post yaymayıb.

  

Skrinşot Əli Kərimlinin feysbuk səhifəsindən götürülüb.

Beləliklə, Əli Kərimli 30 sentyabr aksiyasına 100 min insanın yığışdığını iddia etməyib. Əksinə, bildirib ki, həmin aksiyanı piket kimi təşkil etmək niyyətində olublar və aksiyaya bir neçə yüz nəfər qoşulub. Onun aksiya haqqında paylaşdığı postlarda həmin günə aid fotoşəkillər yer alıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası faktlarla manipulyasiyadır. 

Faktlarla manipulyasiya
  • 7 Dekabr, 2022
  • 2064

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə