logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Elman Nəsirovun yanlış açıqlaması: Türkiyə hərbi gücünə görə dünyada ikinci yerdə qərarlaşır

Elman Nəsirovun yanlış açıqlaması: Türkiyə hərbi gücünə görə dünyada ikinci yerdə qərarlaşır

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Elman Nəsirov iddia edib ki, Türkiyə hərbi güc baxımından ABŞ-dan sonra dünyada ikinci yerdə qərarlaşır.

- Global Firepower-in 2025-ci il reytinqinə əsasən, Türkiyə dünyada 9-cu ən güclü orduya malik ölkə kimi qiymətləndirilib. İlk üçlükdə isə ABŞ, Rusiya və Çin qərarlaşır.

- NATO ölkələri arasında da Türkiyə ilk üçlükdə yer almır.

- Türkiyə ordusu aktiv hərbi qulluqçuların sayı baxımından NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. ABŞ ordusunda 1 milyon 328 min aktiv hərbçi var, Türkiyə ordusunda isə bu rəqəm 355 min 200 nəfər təşkil edir. Bu göstərici şəxsi heyətin sayını əks etdirsə də, ümumi hərbi güc yalnız bu faktorla müəyyən olunmur.

Milli Məclisin deputatı Elman Nəsirov iddia edib ki, Türkiyə hərbi güc baxımından ABŞ-dan sonra dünyada ikinci yerdə qərarlaşır. O, Musavat TV-nin efirində yayımlanan debat zamanı deyib: “Belə bir vəziyyətdə Şuşa Bəyannaməsi var, Türkiyə var və hərbi gücünə görə Birləşmiş Ştatlardan sonra ikinci dövlətdir. (30:56 dəqiqə)

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb. 

Dövlətlərin hərbi gücünü ölçən əsas beynəlxalq mənbələrdən olan Global Firepower (Qlobal Atəş Gücü) 2006-cı ildən etibarən orduların gücünü müqayisə edən illik reytinqlər təqdim edir. Reytinq hazırlanan zaman 60-dan çox indikator — o cümlədən şəxsi heyətin sayı, texniki avadanlıqlar (hava, quru və dəniz gücü), logistik imkanlar və müdafiə büdcəsi nəzərə alınır.

Global Firepower-in 2025-ci il reytinqinə əsasən, Türkiyə dünyada 9-cu ən güclü orduya malik ölkə kimi qiymətləndirilib. İlk üçlükdə isə ABŞ, Rusiya və Çin qərarlaşır.

Dünyanın ən güclü orduları reytinqi

Mənbə: Global Firepower (Qlobal Atəş Gücü)

NATO üzrə vəziyyət

NATO ölkələri arasında da Türkiyə ilk üçlükdə yer almır. Global Firepower-ə əsasən, NATO-nun ən güclü orduları aşağıdakı kimidir:

NATO-un ən güclü orduları reytinqi

Mənbə: Global Firepower (Qlobal Atəş Gücü)

Bu reytinqdə Türkiyə NATO üzrə 4-cü yerdə qərarlaşır.

Aktiv şəxsi heyət üzrə Türkiyənin mövqeyi

Türkiyə ordusu aktiv hərbi qulluqçuların sayı baxımından NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. ABŞ ordusunda 1 milyon 328 min aktiv hərbçi var, Türkiyə ordusunda isə bu rəqəm 355 min 200 nəfər təşkil edir. Bu göstərici şəxsi heyətin sayını əks etdirsə də, ümumi hərbi güc yalnız bu faktorla müəyyən olunmur.

Qeyd edək ki, dünya üzrə aktiv ordu personalının sayına görə ilk üçlüyü Çin, Hindistan və ABŞ təşkil edir. Türkiyə isə bu göstərici üzrə 16-cı yerdə qərarlaşır.

Beləliklə, Elman Nəsirovun “Türkiyə ABŞ-dan sonra ikinci hərbi gücdür” açıqlaması faktiki göstəricilərlə uzlaşmır. Beynəlxalq hərbi güc reytinqləri, NATO sıralamaları və şəxsi heyət statistikaları göstərir ki, Türkiyə nə qlobal miqyasda, nə də NATO çərçivəsində ikinci hərbi güc sayılmır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Elman Nəsirovun iddiası yanlışdır.

Yanlış
  • 12 Avqust, 2025
  • 99

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə