logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Saxta xəbər: Ararat Mirzoyan “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” deyib

Saxta xəbər: Ararat Mirzoyan “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” deyib

Xəbərin qısa icmalı

İyunun 14-də “Qafqazinfo.az” saytı xəbər verib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” deyə açıqlama verib. Oxşar xəbər “azvision.az”, “bizim.media”, “bakupost.az” və digər saytlarda da yayımlanıb.

- “Qafqazinfo.az” və digər saytlarda xəbərin mənbəyinin “Sputnik Armenia” agentliyi olduğu bildirilir. Agentliyin saytında iyunun 14-də Ararat Mirzoyanın 3 açıqlaması dərc edilib ki, xəbərlərin heç birində Mirzoyanın “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” dediyi qeyd olunmayıb.

- Mirzoyan  “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” ifadəsindən istifadə etməyib.

İyunun 14-də “Qafqazinfo.az” saytı xəbər verib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” deyə açıqlama verib. Oxşar xəbər “azvision.az”, “bizim.media”, “bakupost.az” və digər saytlarda da yayımlanıb.

“Ermənistan XİN başçısı vurğulayıb ki, kommunikasiyaların açılmasına dair danışıqlarda Azərbaycanla müəyyən irəliləyiş var, lakin yekun nəticələr barədə danışmaq hələ tezdir. Mirzoyan deyib ki, Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur”, - saytda yayımlanan xəbərdə belə bildirilir.

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Qafqazinfo.az” və digər saytlarda xəbərin mənbəyinin “Sputnik Armenia” agentliyi olduğu bildirilir. Agentliyin saytında iyunun 14-də Ararat Mirzoyanın 3 açıqlaması dərc edilib ki, Mirzoyan bunları Ermənistan parlamentində deputatların suallarını cavablandırarkən səsləndirib. Onlardan ikisi Ermənistan-Azərbaycan arasında baş verən atışma (link1, link2), digəri regional kommunikasiyaların açılması ilə əlaqədardır. Xəbərlərin heç birində Mirzoyanın “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” dediyi qeyd olunmayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında Ararat Mirzoyanın parlamentdəki çıxışının tam mətni yerləşdirilib. Parlamentin iclası zamanı deputat Lilit Minasyan Ararat Mirzoyana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi açıqlaması ilə bağlı sual ünvanlayıb. Qeyd edək ki, R.T.Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman jurnalistlərə açıqlamasında bildirib: “Zəngəzur dəhlizinə gəlincə, bu Ermənistanla əlaqəli problem deyil. Zəngəzur dəhlizi İranla bağlı problemdir”.

Mirzoyan deputatın sualına cavab olaraq deyib: “Düzünü desəm, Türkiyə prezidentinin açıqlamasına, xüsusən də üçüncü ölkələrə və onların mümkün inteqrasiyasına və ya inteqrasiya olunmamasına aid olan hissəyə münasibət bildirməyəcəyəm, amma mövzu ilə bağlı olduğu üçün sadəcə regional infrastrukturların blokadadan çıxarılmasından danışacağam. Hesab edirəm ki, bu, Ermənistan Respublikasının mövqeyini bir daha təsdiqləmək və səsləndirmək üçün çox yaxşı fürsətdir. Ermənistan Respublikası regionda nəqliyyat və iqtisadi infrastrukturun blokadadan çıxarılmasında çox maraqlıdır. Aydındır ki, bu infrastrukturlar keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərmək kimi bir neçə məşhur prinsip əsasında blokadadan çıxarılmalıdır. Bu infrastrukturlar keçdikləri ölkələrin yurisdiksiyasında olmalı, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılmalıdır”.

Çıxışının davamında Mirzoyan deyib ki, qeyd olunan məsələlər Azərbaycan və Ermənistan arasında görüşlərdə müzakirə edilir.

Mirzoyan digər suallara cavabında da “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” ifadəsindən istifadə etməyib.

Beləliklə, “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur” açıqlamasını Mirzoyan deyil, Türkiyə prezidenti R.T. Ərdoğan verib. Mirzoyan sadəcə bu açıqlama ilə bağlı fikirlərini bildirib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə xəbər saxtadır.

Saxta xəbər
  • 16 İyun, 2023
  • 858

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə