logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Sərdar Cəlaloğlu: “İlham Əliyev dedi ki, üçtərəfli bəyanatdakı şərtlər icra olunmasa, bəyanatı cırıb zibil qutusuna atacaq.”

Sərdar Cəlaloğlu: “İlham Əliyev dedi ki, üçtərəfli bəyanatdakı şərtlər icra olunmasa, bəyanatı cırıb zibil qutusuna atacaq.”

Xəbərin qısa icmalı

- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Reaksiya tv”- də deyib ki, "“Üçtərəfli bəyanat imzalananda İlham Əliyev dedi ki, bu bəyanatdakı şərtlər icra olunmasa, mən bu bəyanatı cırıb zibil qutusuna atacam”.

2020-ci ilin noyabrın 10-da, bəyanat imzalanandan biraz sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatın imzalanması və müharibənin yekunlaşması ilə bağlı xalqa müraciət edib. İlham Əliyevin bu müraciətində Sərdar Cəlaloğlunun iddia etdiyi ifadələr yer almayıb.

- Ölkə başçısı bənzər ifadələri üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, 2020-ci ilin 25 noyabrında ifadə edib. Əliyev Paşinyan haqqında danışarkən qeyd edib: “O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi”. Lakin, İlham Əliyev bu ifadələri 10 noyabr 2020-ci il bəyannaməsi yox, hələ II Qarabağ Müharibəsindən öncə, 2020-ci ilin iyulun 23-də Nikol Paşinyanın rəsmi Bakının qarşısına qoyduğu 7 şərti haqqında danışarkən deyib. 

- 2020-ci ilin iyulun 30-da açıqlamasında İlham Əliyev bu şərtləri rədd etdiyini bildirimiş və Sərdar Cəlaloğlunun iddasında yer alan ifadələrə bənzər ifadələr işlətmişdi: “Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq”.

- Beləliklə, İlham Əliyev üçtərəfli bəyanat haqqında iddiada yer alan ifadələri işlətməyib.

“Üçtərəfli bəyanat imzalananda İlham Əliyev dedi ki, bu bəyanatdakı şərtlər icra olunmasa, mən bu bəyanatı cırıb zibil qutusuna atacam”.

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Reaksiya tv”- də deyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

Partiya sədri “üçtərəfli bəyanat” dedikdə 2020-ci il noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında imzalanan və İkinci Qarabağ müharibəsinə yekun vuran bəyanatı nəzərdə tutub.

2020-ci ilin noyabrın 10-da, bəyanat imzalanandan biraz sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatın imzalanması və müharibənin yekunlaşması ilə bağlı xalqa müraciət edib.

Prezident çıxışında bu bəyanatın tarixi əhəmiyyəti və şərtləri haqqında danışıb: “Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam”, deyə İlham Əliyev qeyd edib.

İlham Əliyevin bu müraciətində Sərdar Cəlaloğlunun iddia etdiyi ifadələr yer almayıb.

“Fakt Yoxla”nın araşdırmasından məlum olub ki, ölkə başçısı bənzər ifadələri üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, 2020-ci ilin 25 noyabrında ifadə edib. Əliyev Paşinyan haqqında danışarkən qeyd edib: “O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi”. 

Lakin, İlham Əliyev bu ifadələri 10 noyabr 2020-ci il bəyannaməsi yox, hələ II Qarabağ Müharibəsindən öncə, 2020-ci ilin iyulun 23-də Nikol Paşinyanın rəsmi Bakının qarşısına qoyduğu 7 şərti haqqında danışarkən deyib. 

Qeyd edək ki, Ermənistan Baş naziri Paşiyanın həmin vaxt irəli sürdüyü şərtlərdə qeyd olunmuşdu ki, Azərbaycan tanınmayan “Dağlıq Qarabağ Respublikası” ilə birbaşa danışıqlara girməlidir. Şərtlərdə tərəflər arasında danışıqların baş tutuması üçün Azərbaycanın öz maksimalist tələblərindən əl çəkməsi məhdudiyyətsiz kompromisə getməsi tələb edilirdi. 

2020-ci ilin iyulun 30-da açıqlamasında İlham Əliyev bu şərtləri rədd etdiyini bildirimiş və Sərdar Cəlaloğlunun iddasında yer alan ifadələrə bənzər ifadələr işlətmişdi: “Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq”.

Beləliklə, İlham Əliyev üçtərəfli bəyanat haqqında iddiada yer alan ifadələri işlətməyib. O, buna bənzər ifadələri Paşinyanın 2020-ci ilin iyulun 23-də Azərbaycana irəli sürdüyü bəyanatdakı şərtlər haqqında danışarkən deyib. Bundan əlavə, Prezident İlham Əliyev bənzər ifadələri 25 Noyabr 2020-ci ildə Paşinyanın iyul ayındakı açıqlamaları haqqında danışarkən də işlədib. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə Sərdar Cəlaloğlunun iddiası faktlarla manipulyasiyadır.

 

Faktlarla manipulyasiya
  • 30 İyun, 2023
  • 529

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə