logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Son 6 ildə cinayətkarlığın və cinayətin statistikası

Son 6 ildə cinayətkarlığın və cinayətin statistikası

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı təqdim edilib. İllik hesabatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov təqdim edib.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev hesabatın müzakirəsi zamanı deyib ki, bu gün ölkəmizdə cinayətkarlığa qarşı effektiv mübarizə təşkil olunub, cinayətkarlığın səviyyəsi artmır.

Bəs həqiqətən də ölkədə cinayətkarlığın səviyyəsi artmır?

Dövlət Statistika Komitəsinindigər dövlət qurumlarının məlumatlarına əsasən, 2019-2023-cü illərdə əsas cinayət növləri üzrə qeydə alınmış həm cinayətlərin, həm də cinayətkarların sayında artım qeydə alınıb (yalnız 2024-cü ildə azalma olub) :

Azərbaycanda son 6 ildə cinayət və cinayətkarlarla bağlı rəqəmlər

Mənbə: Dövlət Statistika Komitəsi və dövri mətbuat

Cinayətlərin təsnifatı ilə bağlı statistikadan da göründüyü kimi, xüsusilə ağır cinayətlərin sayında da artım nəzərə çarpır. 2024-cü ildə əsas cinayət növləri üzrə qeydə alınmış həm cinayətlərin, həm də cinayətkarların sayında azalma olsa da, hələ də 2021-ci ildən əvvəlki səviyyəyə enməyib. Yəni, son ildə azalma baş versə də, son 6 ildə ümumi tendensiya artım istiqamətində olub. Az ağır cinayətlərin və böyük ictimai təhlükə törətməyən cinayətlər üçün də eyni şeyi demək mümkündür. 

Beləliklə, 2024-cü ildə cinayətkarlıqla bağlı rəqəmlərdə geriləmə baş versə də, vəziyyət hələ də ürəkaçan deyil. Belə ki, 2024-cü il statistikası hələ də 2021-ci il və ondan əvvəlki illərə nəzərən neqativdir. 

Analiz
  • 18 İyun, 2025
  • 32

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə