logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Bu görüntülər Belçikadakı aksiyalara aid deyil

Bu görüntülər Belçikadakı aksiyalara aid deyil

Xəbərin qısa icmalı

-Yanvarın 31-də “İctimai TV”nin 22 mindən çox izləyicisi olan teleqram kanalında Belçikada fermerlərin federal magistralların əksəriyyətini bağladığını göstərdiyi iddia edilən video paylaşılıb. 

Ancaq görüntülər Belçikaya aid deyil.Görüntülər Kolumbiyada baş verən meşə yanğınlarına aiddir

Yanvarın 30-da Belçikada fermerlər etiraz aksiyası keçirərək Zeebruq konteyner limanına giriş yollarını bağlayıblar.

Yanvarın 31-də “İctimai TV”nin 22 mindən çox izləyicisi olan teleqram kanalında Belçikada fermerlərin federal magistralların əksəriyyətini bağladığını göstərdiyi iddia edilən video paylaşılıb. 

Skrinşot  “İctimai TV”nin teleqram kanalından götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Videoda yük maşınlarının fonundakı dağlarda yanğının baş verdiyi görünür. Ancaq görüntülər Belçikaya aid deyil.Görüntülər Kolumbiyada baş verən meşə yanğınlarına aiddir

Skrinşot “eluniversal.com.co” saytından götürülüb

Bu ölkədə yanvar ayında onlarla meşə yanğını qeydə alınıb. Yanğın qonşu ölkələrə də keçib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Belçikadakı aksiyalara aid olduğu iddia edilən görüntülər saxtadır.

Saxta
  • 13 Fevral, 2024
  • 253

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə