logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Husilərin ABŞ-a məxsus sualtı dronu ələ keçirməsi görüntüləri yeni deyil

Husilərin ABŞ-a məxsus sualtı dronu ələ keçirməsi görüntüləri yeni deyil

Xəbərin qısa icmalı

oxu.az” iddia edib ki, paylaşdığı görüntülər Yəməndəki husilərin ABŞ-a məxsus məxfi sualtı dronu ələ keçirməsinə aiddir.

- Həmin video daha əvvəl 2018-ci ilin yanvar ayındaUSNI News Videoyutub kanalında paylaşılıb. Kanalda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Remus” insansız sualtı platforması husilər tərəfindən ələ keçirilib. 

oxu.az” iddia edib ki, paylaşdığı görüntülər Yəməndəki husilərin ABŞ-a məxsus məxfi sualtı dronu ələ keçirməsinə aiddir.

“Söhbət ABŞ-də ən müasir sualtı kəşfiyyat aparatlarından biri olan “Remus 600”dən gedir”, - xəbərdə belə deyilir.

Skrinşot “oxu.az” saytından götürülüb

Sözügedən xəbər “avtosfer.az”,” aztime.az” və digər saytlarda da yayılıb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

İsrail və HƏMAS arasında toqquşmanın başlamasından sonra Yəməndəki Husi qiyamçıları Qırmızı dənizdə gəmilərə hücum etməyə başlayıb. ABŞ və Britaniya hücumlara cavab olaraq Yəməndə husilərə məxsus hədəflərə zərbələr endiriblər.

Ancaq bu video daha əvvəl 2018-ci ilin yanvar ayındaUSNI News Videoyutub kanalında paylaşılıb. Kanalda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Remus” insansız sualtı platforması husilər tərəfindən ələ keçirilib. 

Skrinşot “USNI News Video” yutub kanalından götürülüb

Həmin vaxtAl Masdar Newsda dərc edilən xəbərdə deyilir ki, husilərin donanma üzvü kimi təqdim edilən 4 nəfər “Remus 600” platformasını aşkar ediblər. Xəbərdə bildirilir ki, videoda gəminin husilərə qarşı mübarizə aparan Səudiyyə koalisiyası tərəfindən idarə edildiyi iddia edilir.

Məlumatın özünə gəlincə, ümumiyyətlə husilərin son günlərdə ABŞ-a məxsus sualtı dron ələ keçirməsi ilə bağlı heç bir etibarlı mənbədə xəbər yoxdur. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, husilərin məxfi sualtı dronu ələ keçirməsi görüntülərinin yeni olması barədə xəbərlər saxtadır.

Saxta
  • 28 Fevral, 2024
  • 703

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə