logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Nigerin maliyyə naziri çevrilişçilərin ölüm təhdidindən sonra ağlayıb

Saxta xəbər: Nigerin maliyyə naziri çevrilişçilərin ölüm təhdidindən sonra ağlayıb

Xəbərin qısa icmalı

-eco.expert” səhifəsi Nigerdə iyul ayının 26-da baş tutan çevrilişdən sonra ölkənin maliyyə nazirinin canlı yayımda ağladığını iddia edən video paylaşıb. Video “Şəbəkə”, “isayevios”, “azvision”, “azpolitika” və digər teleqram kanallarında da paylaşılıb.

- Çevriliş zamanı Nigerin maliyyə naziri 2021-ci ildə bu vəzifəyə təyin edilən Əhməd Cidud olub. Ancaq videoda ağlayan şəxs Əhməd Cidud deyil.

- Video ilk dəfə 2021-ci ilin dekabr ayında ortaya çıxıb. Həmin vaxt “Damagaram Post” adlı feysbuk səhifəsi videonu “Keçmiş ədliyyə naziri Marou Amadu Nigerin Efiopiyada səfiri təyin edildikdən sonra sevincdən ağlayır” başlığı ilə paylaşıb. “Koïranga Le Futur Magistrat” adlı digər feysbuk səhifəsi Amadunun ağladığı videonun 27 dekabr 2021-ci ildə Niameydəki Bravia Hoteldə çəkildiyini bildirib. Videoda nazirin ağlamağının dəqiq səbəbi məlum deyil.

İyul ayının 26-da Nigerdə təşkil edilən hərbi çevriliş nəticəsində prezident Məhəmməd Bazoum hakimiyyətdən uzaqlaşdırılıb. Çevrilişdən sonra Niger prezident qvardiyasının komandiri Abdurahman Tçianinin ölkənin keçid hökumətinə rəhbərlik edəcəyi bildirilib. 

İnstaqramda 97 mindən artıq izləyicisi olan “eco.expert” səhifəsi çevrilişdən sonra Niger maliyyə nazirinin canlı yayımda ağladığını iddia edən video paylaşıb. “Ölkənin maliyyə nazirinə dövlət büdcəsinin hara xərclənməsini doğru açıqlaması üçün 48 saat vaxt verilib. Əks halda güllələnəcək”, - paylaşımda deyilir.

Skrinşot “eco.expert” adlı instaqram səhifəsindən götürülüb.

Video “Şəbəkə”, “isayevios”, “azvision”, “azpolitika” və digər teleqram kanallarında da paylaşılıb.

Skrinşot “Şəbəkə” adlı teleqram kanalından götürülüb.

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Çevriliş zamanı Nigerin maliyyə naziri 2021-ci ildə bu vəzifəyə təyin edilən Əhməd Cidud olub. Ancaq videoda ağlayan şəxs Əhməd Cidud deyil.

Foto Əhməd Cidudun “Twitter” səhifəsindən götürülüb.

Video ilk dəfə 2021-ci ilin dekabr ayında ortaya çıxıb. Həmin vaxt “Damagaram Post” adlı feysbuk səhifəsi videonu “Keçmiş ədliyyə naziri Marou Amadu Nigerin Efiopiyada səfiri təyin edildikdən sonra sevincdən ağlayır” başlığı ilə paylaşıb. “Koïranga Le Futur Magistrat” adlı digər feysbuk səhifəsi Amadunun ağladığı videonun 27 dekabr 2021-ci ildə Niameydəki Bravia Hoteldə çəkildiyini bildirib. Videoda nazirin ağlamağının dəqiq səbəbi məlum deyil.

 

Skrinşot “Damagaram Post” adlı feysbuk səhifəsindən götürülüb.

Marou Amadu 2021-ci ilin dekabar ayının 2-də Nigerin Efiopiya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ancaq o, səlahiyyətlərinin icrasına başlamazdan əvvəl 2022-ci ilin mart ayında vəzifəsindən azad edilib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, videonun çevrilişdən sonra Niger maliyyə nazirinin ağladığını göstərməsi barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 1 Avqust, 2023
  • 404

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə