logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

MKİ Ukraynanın NATO-nun girovuna çevrildiyini bildirib?

MKİ Ukraynanın NATO-nun girovuna çevrildiyini bildirib?

Xəbərin qısa icmalı

“Teleqraf.az” saytının dərc etdiyi xəbərin başlığında Ukraynanın “NATO-nun girovuna çevrildiyi” qeyd olunaraq açıqlamanın MKİ-yə məxsus olduğu bildirilib. 

- Başlıqdakı iddianı Mərkəzi Kəşfiyyat İdarəsi deyil, qurumun keçmiş əməkdaşı Lerri Conson səsləndirib. O, irəli sürdüyü iddianı Rusiyanın “RT” kanalındakı “Sanchez Effect” proqramının qonağı olarkən söyləyib. Lerri Conson 1993-cü ildən bəri MKİ-də çalışmır və hazırda həmin təşkilatla heç bir bağlılığı yoxdur.

Bəzi yerli media portallarında Ukrayna - Qərb münasibətlərinə dair məlumatlar kontekstdən çıxarılır və ya məqsədli şəkildə manipulyasiya olunur. “Teleqraf.az” saytı da eyni üslubda xəbər dərc edib. Xəbərin başlığında Ukraynanın “NATO-nun girovuna çevrildiyi” qeyd olunaraq açıqlamanın MKİ-yə məxsus olduğu bildirilib:

“Mərkəzi Kəşfiyyat İdarəsi: Ukrayna NATO-nun girovuna çevrilib”.

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını araşdırıb.

Başlıqdakı iddianı Mərkəzi Kəşfiyyat İdarəsi deyil, qurumun keçmiş əməkdaşı Lerri Conson səsləndirib. O, irəli sürdüyü iddianı Rusiyanın “RT” kanalındakı “Sanchez Effect” proqramının qonağı olarkən söyləyib. 

Lerri Conson 1993-cü ildən bəri MKİ-də çalışmır və hazırda həmin təşkilatla heç bir bağlılığı yoxdur. Qurumda cəmi 4 ilə yaxın fəaliyyət göstərmiş Conson 30 ildən artıqdır ki, istefaya göndərilib. Rusiyanın Ukraynanı işğalından sonra Kremlə bağlı medialar ona istinad edərək anti-Qərb ritorikasını təlqin ediblər. Təkcə “RİA Novosti” kanalı Consonun açıqlamaları əsasında 2023-cü ilin avqustun 1-dən bugünədək 789 material dərc edib. O, dəvət aldığı müsahibələrdə keçmiş MKİ zabit kimi təqdim olunur və Rusiyaya yaxın şəxs kimi tanınır.

Beləliklə, açıqlamanı Mərkəzi Kəşfiyyat İdarəsi deyil, onun Kremlyönümlü olması ilə tanınan keçmiş əməkdaşı edib.

“Fakt Yoxla”nın qənaətincə, “Teleqraf.az”ın xəbərə verdiyi başlıq yalandır.

Yalan
  • 24 İyun, 2025
  • 58

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə