logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Pakistan nüvə silahına sahib ikinci böyük ölkədir?

Pakistan nüvə silahına sahib ikinci böyük ölkədir?

Xəbərin qısa icmalı

-Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev  Pakistanın nüvə silahına sahib ikinci böyük güc olduğu fikrini irəli sürüb.

Pakistan hazırda təxminən 170 nüvə başlığına malikdir. Statistikaya əsasən, Rusiya 5580, ABŞ 5225, Çin 600, Fransa 290, Britaniya 225, Hindistan 172, Pakistan 170, İsrail 90 və Şimali Koreya 50 nüvə başlığı ilə müdafiə olunur (İsrail rəsmi olaraq nüvə silahına sahib olduğunu nə qəbul, nə də inkar edir. Ancaq, yuxarıdakı mənbələr də daxil olmaqla bir çox etibarlı qurum İsrailin nüvə silahına sahib olduğunu bildirir). Bu, digər 8 dövlətlə müqayisədə Pakistan ordusunu sıralamada 7-ci edir. 

Nüvə dövlətlərinin əhali sayında da Pakistan ilk 2-liyə daxil deyil. Əhalisinə görə Hindistan 1 milyard 463 milyonla birinci, Çin isə 1 milyard 416 milyonla ikincidir. Pakistan isə 255 milyon vətəndaş sayı ilə ABŞ-dən sonra 4-cüdür.

Pakistanın Azərbaycanla sıx əlaqələri və ictimaiyyətdəki yüksək reputasiyası səbəbindən sosial mediada və xəbər portallarında Pakistan ordusuna dair şişirdilmiş iddialara tez-tez rast gəlmək olar. Növbəti iddia Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən gəlib. “Sia.az” saytına açıqlama verən sədr Pakistanın nüvə silahına sahib ikinci böyük güc olduğunu irəli sürüb:

“Nüvə silahına sahib ikinci böyük güc olan Pakistanın Baş nazirinin də bu tədbirdə iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz göstəricisidir”.

“Fakt Yoxla” ifadənin doğruluğunu araşdırıb.

Pakistan 1998-ci ildə rəsmi şəkildə nüvə silahına sahib olduğunu bəyan edib. Ölkə nüvə silahına sahib 9 dövlətdən biri kimi həm nüvə başlıqlarının sayına, həm də coğrafi miqyasına görə fərqli göstəricilərə sahibdir.

Silahlara Nəzarət Assosiasiyasının məlumatına görə, Pakistan hazırda təxminən 170 nüvə başlığına malikdir. Statistikaya əsasən, Rusiya 5580, ABŞ 5225, Çin 600, Fransa 290, Britaniya 225, Hindistan 172, Pakistan 170, İsrail 90 və Şimali Koreya 50 nüvə başlığı ilə müdafiə olunur (İsrail rəsmi olaraq nüvə silahına sahib olduğunu nə qəbul, nə də inkar edir. Ancaq, yuxarıdakı mənbələr də daxil olmaqla bir çox etibarlı qurum İsrailin nüvə silahına sahib olduğunu bildirir). Bu, digər 8 dövlətlə müqayisədə Pakistan ordusunu sıralamada 7-ci edir. 

Nüvə başlıqlarının sayına görə ölkələrin sıralaması

Mənbə: Silahlara Nəzarət Assosiasiyası

Ordu gücü müqayisəsində də Pakistan nüvə dövlətləri arasında ön sıralarda qərarlaşmır. 2025-ci il üzrə hərbi güc sıralamasında 12-ci yeri tutan Pakistan ordusu siyahıdakı digər nüvə dövlətləri arasında 7-ci ordu hesab olunur. 60 faktor əsasında hesablanmış hərbi indeksin birinci pilləsini ABŞ, ikinci yerini isə Rusiya ordusu tutur. 

Pakistan ərazi cəhətdən də digər nüvə dövlətləri ilə müqayisədə ilk 2 sırada yer almır. Ölkənin ümumi sahəsi 881,913 kvadrat kilomet təşkil edir ki, bu da onu 9 nüvə ölkəsi arasında 5-ci yerdə qərarlaşdırır. Ərazi nisbəti ilə birinci yerdə 17,098,246 kvadrat kilometrlə Rusiya, ikinci yerdə isə 9,629,091 kvadrat kilometrlə ABŞ yerləşir. 

Nüvə dövlətlərinin əhali sayında da Pakistan ilk 2-liyə daxil deyil. Əhalisinə görə Hindistan 1 milyard 463 milyonla birinci, Çin isə 1 milyard 416 milyonla ikincidir. Pakistan isə 255 milyon vətəndaş sayı ilə ABŞ-dən sonra 4-cüdür.

Nəticə etibarilə, Pakistan nüvə başlıqları, ordu gücü, əhali və ərazi kriteriyaları üzrə hər hansı göstəricidə digər nüvə dövlətləri arasında ikinci böyük güc olmadığını görmək olar.

“Fakt Yoxla”nın qənaətincə, iddia yanlışdır.

“sia.az”, “Üç liderin Laçın görüşü nə ilə yadda qaldı?” 

“nuke.fas.org”, “Pakistan Nuclear Weapons

“armscontrol.org”, “Nuclear Weapons: Who Has What at a Glance

“icanw.org”, “Which countries have nuclear weapons?

“globalfirepower.com”, “2025 Military Strength Ranking

“pakconsulatela.org”, “Brief Facts about Pakistan

“prlib.ru”, “Territory of Russia

“nationsencyclopedia.com”, “Location and Size” 

“worldometers.info”, Hindistan əhalisi

“worldometers.info”, Çin əhalisi

“worldometers.info”, Pakistan əhalisi

Yanlış
  • 3 İyul, 2025
  • 48

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə