logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Sahib Alıyev: Türkiyə ordusu Avropada ən güclü ordudur.

Sahib Alıyev: Türkiyə ordusu Avropada ən güclü ordudur.

Xəbərin qısa icmalı

-  Milli Məclisin deputatı Sahib Alıyev Türkiyə ordusunun Avropada ən güclü ordu olduğunu iddia edib. “Yaxşı məlumdur ki, Türkiyə Ordusu Avropada ən güclü ordudur”, deyə o bildirib

- “Global Firepower” tədqiqat mərkəzinin 2025-ci ildə dərc etdiyi reytinq cədvəlinə əsasən, Türkiyə 9-cu yerdə qərarlaşmaqla dünyanın 10 ən güclü ordusu sırasındadır. Bununla belə, Avropa ölkələri arasında Birləşmiş Krallıq 6-cı, Fransa 7-ci yeri tutmaqla Türkiyəni müdafiə qabiliyyəti baxımından qabaqlayırlar.

Milli Məclisin deputatı Sahib Alıyev Türkiyə ordusunun Avropada ən güclü ordu olduğunu iddia edib. “Yaxşı məlumdur ki, Türkiyə Ordusu Avropada ən güclü ordudur”, deyə o bildirib

Fakt Yoxla” bu iddianın doğru olub olmadığını yoxlayıb.

“Global Firepower” tədqiqat mərkəzi 2006-cı ildən dövlətlərin müdafiə qabiliyyətini müqayisə edən reytinq cədvəli dərc edir. Reytinq hazırlanarkən şəxsi heyət, hava gücü, quru gücü, dəniz gücü, logistika və maliyyə kimi meyarlar nəzərə alınır. 

Mərkəzin 2025-ci ildə dərc etdiyi reytinq cədvəlinə əsasən, Türkiyə 9-cu yerdə qərarlaşmaqla dünyanın 10 ən güclü ordusu sırasındadır. Bununla belə, Avropa ölkələri arasında Birləşmiş Krallıq 6-cı, Fransa 7-ci yeri tutmaqla Türkiyəni müdafiə qabiliyyəti baxımından qabaqlayırlar.

2024-cü ildə Türkiyə Avropa ölkələri arasında reytinqdə yalnız Birləşmiş Krallıqdan geri qalırdı. Türkiyə 8-ci, Birləmiş Krallıq isə 6-cı yerdə qərarlaşmışdı. Fransa ilk onluqda yox idi.

Yenə eyni platformanın araşdırmasına görə, NATO ölkələri arasında Türkiyə 4-cü ən güclü orduya malik ölkədir. İlk üçlükdə olan ölkələr isə sırayla ABŞ, Birləşmiş Krallıq və Fransadır.

2025 Qlobal Atəş Gücü reytinqinə əsasən, Cənubi Qafqazda ən güclü ordu Azərbaycana məxsusdur (PwrIndx: 1.2531), onu Ermənistan (2.0373) və Gürcüstan (2.0695) izləyir. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Sahib Alıyevin iddiası əsasən doğrudur.

Əsasən doğru
  • 1 May, 2025
  • 61

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə