logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputat Mehriban Vəliyevanın yanlış iddiası: Azərbaycanda ailələr uzunömürlü olurlar

Deputat Mehriban Vəliyevanın yanlış iddiası: Azərbaycanda ailələr uzunömürlü olurlar

Xəbərin qısa icmalı

- Deputat Mehriban Vəliyeva iddia edib ki, Azərbaycan ailələri uzunömürlü olurlar: “Bu baxımdan biz şanslı xalqıq ki, Azərbaycan ailələri çox uzunömürlü olurlar. Bu gün bizim qalib Azərbaycan ailəsi ifadəsi ailə institutu sahəsində yeni bir termindir”.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2011-ci ildə ölkədə nikahların sayı 88145 idisə, 2024-cü ildə bu rəqəm 49508-ə düşüb. Azərbaycanda hər min nəfərə düşən nikah əmsalı 4.9 təşkil edir. Dünyada bu göstərici son statistikalara görə 3-5 arasında dəyişir. 

- Eyni zamanda 2013-cü ildən 2023-2024-cü ilə qədər Azərbaycanda boşanmaların sayı artıb və hər min nəfərə düşən nisbət 1.2-dən 2.1-ə yüksəlib. Dünyada orta boşanma nisbəti 1.8-dir. Yəni Azərbaycanda boşanma sayı normadan bir qədər artıb.

- Azərbaycanda orta nikah müddəti təxmini 10.4 ildir. Bu müddətin ortalama statistikası dünya üzrə yoxdur, lakin ayrı-ayrı ölkələr üzrə daha yüksək göstəricilər mövcuddur.  

Azərbaycan orta nikah müddətinə görə qonşu ölkələrdən Rusiya və İrandan öndə olsa da, Türkiyə, Ermənistan və Gürcüstandan geri qalır. Eyni zamanda bütün qonşu ölkələrdə 1000 nəfərə düşən nikah sayı Azərbaycandakı göstəricidən daha çoxdur. Hər 1000 nəfərə düşən boşanma sayına görə Azərbaycan Ermənistandan xaric olmaqla digər qonşu ölkələrdən geridədir.

Mayın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr edilən konfrans keçirilib. Konfransda çıxış edən deputat Mehriban Vəliyeva iddia edib ki, Azərbaycan ailələri uzunömürlü olurlar: “Bu baxımdan biz şanslı xalqıq ki, Azərbaycan ailələri çox uzunömürlü olurlar. Bu gün bizim qalib Azərbaycan ailəsi ifadəsi ailə institutu sahəsində yeni bir termindir”.

Fakt Yoxla” iddianın doğru olub olmadığını yoxlayıb. 

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2011-ci ildə ölkədə nikahların sayı 88145 idisə, 2024-cü ildə bu rəqəm 49508-ə düşüb. Azərbaycanda hər min nəfərə düşən nikah əmsalı 4.9 təşkil edir. Dünyada bu göstərici son statistikalara görə 3-5 arasında dəyişir. 

Azərbaycanda illər üzrə nikahların sayı və əmsalı

Mənbə: Dövlət Statistika Komitəsi

Eyni zamanda 2013-cü ildən 2023-2024-cü ilə qədər Azərbaycanda boşanmaların sayı artıb və hər min nəfərə düşən nisbət 1.2-dən 2.1-ə yüksəlib. Dünyada orta boşanma nisbəti 1.8-dir. Yəni Azərbaycanda boşanma sayı normadan bir qədər artıb.

Azərbaycanda illər üzrə boşanmaların sayı və əmsalı

Mənbə: Dövlət Statistika Komitəsi

Nikahların ömrü barədə hər ölkə üçün, o cümlədən Azərbaycan üçün konkret statistika olmasa da boşanmadan öncə boşanmaların hansı dövrlərdə olmasından ortalama müddəti tapmaq olar. Bununla bağlı Dövlət Statistika Komitəsinin ən son məlumatları 2023-cü ilə aiddir. 

2023-cü ildə Azərbaycanda boşanmaların sayı və nikah müddəti

Mənbə: Dövlət Statistika Komitəsi

Bu göstəricilərə əsasən Azərbaycanda orta nikah müddəti təxmini 10.4 ildir. Bu müddətin ortalama statistikası dünya üzrə yoxdur, lakin ayrı-ayrı ölkələr üzrə daha yüksək göstəricilər mövcuddur.  

Ölkələr üzrə orta nikah müddəti

Qeyd: Açıq mənbələrdəki ən son tarixlər götürülüb   

Beləliklə, Azərbaycan orta nikah müddətinə görə qonşu ölkələrdən Rusiya və İrandan öndə olsa da, Türkiyə, Ermənistan və Gürcüstandan geri qalır. Eyni zamanda bütün qonşu ölkələrdə 1000 nəfərə düşən nikah sayı Azərbaycandakı göstəricidən daha çoxdur. Hər 1000 nəfərə düşən boşanma sayına görə Azərbaycan Ermənistandan xaric olmaqla digər qonşu ölkələrdən geridədir.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası əsasən yanlışdır.

“az.trend.az”, Son vaxtlar təhsil və ailə arasına uçurum salanlar var - Deputat;

“azstat.gov.az”, Nikah və boşanmalar;

“oecd.org”, Marriage and divorce;

“divorce.com”, Divorce Rates in the World;

“stat.gov.az”, Boşanmaların müddət statistikası;

“ec.europa.eu”, Marriage and divorce statistics

“divorceresourcecenter.help”, Italian Divorce Rate;

“ecuadorencifras.gob.ec”, Boletín técnico N°01-2024-REMD

“unifiedlawyers.com.au”, Global Divorce Rates & Statistics;

“abs.gov.au”, Marriages and Divorces, Australia

“open.canada.ca”, Number of marriages and nuptiality indicators

“ons.gov.uk”, Marriages in England and Wales: 2021 and 2022 

“tochno.st”, В 2022 году Россия вышла на первое место в Европе по числу браков на душу населения;

“newsweek.com”, Russia has divorce problem;

“imna.ir”, افزایش میانگین سن ازدواج زنان و مردان / ثبت ۴۸۰ هزار و ۸۶۸ ازدواج;

“advokatsmart.no”, Global Divorce Statistics;

“jhr.ssu.ac.ir”, Identifying Factors Related to Divorce in Iranian Couples: A Case Study in Yazd, Iran;

“data.tuik.gov.tr”, Evlenme ve Boşanma İstatistikleri 2024;

“armstat.am”, Births and Marriages—Armenia (yearly);

“armstat.am”, Divorces—Armenia (yearly);

“168.am”, Վրաստանում ամուսնալուծությունների թվի աճը և պատճառները?;

“geostat.ge”, Marriages;

“geostat.ge”, Divorces.

Yanlış
  • 11 İyul, 2025
  • 28

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə