logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputat Tural Gəncəliyev: İsveçrədə 11 faiz ağdərili müsəlman əhali islamofobiyaya məruz qalır

Deputat Tural Gəncəliyev: İsveçrədə 11 faiz ağdərili müsəlman əhali islamofobiyaya məruz qalır

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda islamofibiyaya həsr edilən konfrans zamanı çıxışı zamanı iddia edib ki, İsveçrədə 11 faiz ağdərili müsəlman əhali islamofobiyaya məruz qalır. 

-Rəsmi məlumatlara əsasən, 2023-cü ildə İsveçrənin ümumi əhalisi təxminən 8.9 milyon nəfər təşkil edir ki, bunun da təxminən 6%-i müsəlmandır. İsveçrə vətəndaşı olan müsəlmanların cəmi əhalidə payı isə 2.8% təşkil edir. 

2025-ci ildə dərc olunan sorğunun nəticələri isə göstərir ki, İsveçrə müsəlmanlarının 35%-dən çoxu irqçiliyə məruz qaldığını bildirib. Həmin sorğuda respondentlərin 11%-i İslama düşmən münasibət bəslədiklərini ifadə etmişdi. Lakin bu, müsəlman əhalinin sayı ilə deyil, cəmiyyətin İslam dininə münasibəti ilə bağlı göstəricidir.

 

Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda islamofibiyaya həsr edilən konfrans zamanı çıxışı zamanı iddia edib ki, İsveçrədə 11 faiz ağdərili müsəlman əhali islamofobiyaya məruz qalır. 

Fakt Yoxla” iddianın doğruluğunu araşdırıb.

Deputatın açıqlamasından tam aydın olmadığı üçün iddiadan iki məna çıxarmaq mümkündür:

1) İsveçrədə yaşayan müsəlmanlar əhalinin 11 faizini təşkil edir və onların hamısı diskriminasiyaya məruz qalır;

2) İsveçrədə yaşayan ümumi müsəlman əhalinin 11 faizi diskriminasiyaya məruz qalır. 

İddianın doğru olub-olmaması ilə bağlı düzgün nəticəyə gəlmək üçün hər iki iddianı yoxlamaq qərarına gəldik.

İddia 1: İsveçrədə yaşayan müsəlmanlar əhalinin 11 faizini təşkil edir və onların hamısı diskriminasiyaya məruz qalır.

Rəsmi məlumatlara əsasən, 2023-cü ildə İsveçrənin ümumi əhalisi təxminən 8.9 milyon nəfər təşkil edir ki, bunun da təxminən 6%-i müsəlmandır. Əlavə olaraq, bu müsəlmanların təxminən 37%-i İsveçrə vətəndaşıdır; onların böyük əksəriyyəti isə sonradan vətəndaşlıq əldə etmiş şəxslərdir. Müsəlmanların təxminən 10%-i etnik isveçrəlidir. İsveçrə vətəndaşı olan müsəlmanların cəmi əhalidə payı isə 2.8% təşkil edir. 

Yəni, İsveçrə əhalisinin 11 faizinin müsəlman olması ilə bağlı iddia yanlışdır.

2) İsveçrədə yaşayan ümumi müsəlman əhalinin 11 faizi diskriminasiyaya məruz qalır. 

2025-ci ildə dərc olunan sorğunun nəticələri isə göstərir ki, İsveçrə müsəlmanlarının 35%-dən çoxu irqçiliyə məruz qaldığını bildirib. Araşdırmanın nəticələrinə əsasən, müsəlmanlar əleyhinə sentiment İsveçrə cəmiyyətində dərin kök salıb. Bu baxımdan, islamafobiya 2024-cü ildə pik həddə çatıb. Dövlət qurumlarına bununla bağlı 350-dən çox şikayət olunub. Bundan əlavə, müsəlman iş axtaranlar tez-tez ədalətsiz işə götürmə təcrübələri, iş yerində təqib və əmək haqqı bərabərsizliyi ilə üzləşirlər. Hicablı qadınlar isə bu kontektdə xüsusi qərəzə məruz qalırlar.  

Mümkündür ki, iddiada səsləndirilən “11%” rəqəmi 2019-cu ildə İsveçrədə keçirilmiş ictimai rəy sorğusundakı fərqli bir göstərici ilə qarışdırılıb. Həmin sorğuda respondentlərin 11%-i İslama düşmən münasibət bəslədiklərini ifadə etmişdi. Lakin bu, müsəlman əhalinin sayı ilə deyil, cəmiyyətin İslam dininə münasibəti ilə bağlı göstəricidir.

Beləliklə, hər iki mümkün iddianın nəticəsində məlum olur ki, iddia faktiki əsaslardan məhrumdur. Nə müsəlmanlar İsveçrə əhalisinin 11 faizdir, nə də İsveçrədə yaşayan müsəlmanların 11 faizi diskriminasiya ilə üzləşir.

“Ağdərili müsəlman əhali” iddiasına gəlincə, bu iddia ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Tural Gəncəliyevin iddiası yanlışdır.

Yanlış
  • 9 İyul, 2025
  • 31

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə