logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Yanlış iddia: 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur

Yanlış iddia: 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullaye “modern.az” saytına verdiyi müsahibəsində iddia edib ki, 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur.

-Statistikaya görə, Azərbaycanda doğum sayında ümumilikdə azalma tendensiyası nəzərə çarpsa da, doğulan körpələrin sayı 100 minin üzərində olub.

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullaye “modern.az” saytına verdiyi müsahibəsində iddia edib ki, 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur.

"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-2024-cü illərdə Azərbaycanda qeydə alınmış doğum sayı aşağıdakı qrafikdəki kimi olub:

Statistikadan da göründüyü kimi, Azərbaycanda doğum sayında ümumilikdə azalma tendensiyası nəzərə çarpsa da, doğulan körpələrin sayı 100 minin üzərində olub.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Razi Nurullayevin doğulan uşaqların sayı ilə bağlı səsləndirdiyi iddia yanlışdır.

Yanlış
  • 2 May, 2025
  • 37

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə