logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputatın yanlış iddiası: İxracımızın 80 faizini xam neft təşkil edir

Deputatın yanlış iddiası: İxracımızın 80 faizini xam neft təşkil edir

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib ki, ixracatımızın 80 faizinin xam neft təşkil edir. 

Dövlət Gömrük Komitəsinin məlumatların görə, ixracatda xam neftin payı son illər 53%-dən az təşkil etmişdir. Məlumatlara əsasən, ixracatda xam neftən sonra ən böyük pay 2024-cü ildə 31.66%-lə, 2025-ci ilin ilk üç ayında isə 34.54%-lə təbii qaza aiddir. 

Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib ki, ixracatımızın 80 faizinin xam neft təşkil edir. 

"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Dövlət Gömrük Komitəsinin ən çox ixrac olunan mallarla bağlı 2022, 2023, 2024-cü illər və 2025-ci ilin ilk üç ayı üzrə məlumatlarına əsasən, xam neftin ixracatdakı payı aşağıdakı qrafikdəki kimidir:

Dövlət Gömrük Komitəsinin məlumatlarından aydın olduğu kimi, ixracatda xam neftin payı son illər 53%-dən az təşkil etmişdir. Məlumatlara əsasən, ixracatda xam neftən sonra ən böyük pay 2024-cü ildə 31.66%-lə, 2025-ci ilin ilk üç ayında isə 34.54%-lə təbii qaza aiddir. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Vüqar Bayramovun səsləndirdiyi iddia yanlışdır.

Yanlış
  • 23 May, 2025
  • 86

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə