logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Eldar Əzizov: Azərbaycandakı yaşayış səviyyəsini Fransa ilə müqayisə edə bilərik

Eldar Əzizov: Azərbaycandakı yaşayış səviyyəsini Fransa ilə müqayisə edə bilərik

Xəbərin qısa icmalı

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iddia edib ki, Azərbaycandakı yaşayış səviyyəsi Fransa ilə müqayisə olunacaq səviyyədədir.

- Sağlamlıq, təhsil və gəlir səviyyəsi – Fransa Azərbaycandan xeyli öndədir. Fransa "çox yüksək inkişaf etmiş", Azərbaycan isə yalnız "yüksək inkişaf etmiş" ölkə kateqoriyasındadır.

- Fransa Azərbaycanla müqayisədə demək olar ki, bütün əsas sosial və iqtisadi göstəricilər üzrə daha yüksək mövqedədir. 

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov iddia edib ki, Azərbaycandakı yaşayış səviyyəsi Fransa ilə müqayisə olunacaq səviyyədədir. “Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik”, - deyə o, Trend.az saytına bildirib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

Bir ölkədə insanların yaşayış səviyyəsini qiymətləndirmək üçün həm iqtisadi, həm də digər sosial göstəricilər nəzərə alınır. BMT-nin İnsan İnkişafı İndeksi (HDI) sosial göstəriciləri əks etdirməsi baxımından xüsusilə yararlıdır. HDI üç əsas komponent üzrə hesablanır:

  1. Sağlamlıq – doğulan andan gözlənilən ömür uzunluğu;
  2. Təhsil – ortalama təhsil illəri və gözlənilən təhsil illəri;
  3. Ləyaqətli həyat səviyyəsi – AQP əsaslı adambaşına düşən Ümumi Milli Gəlir (GNI per capita, PPP)

Fransa və Azərbaycanın müqayisəsi 


Mənbə: BMT-nin 2023-cü il İnsan İnkişafı İndeksi

Ümum Daxili Məhsul (ÜDM) – bir ölkənin vətəndaşlarının və müəssisələrinin daxili və xarici mənbələrdən qazandığı ümumi gəlirdir. Bu göstərici birbaşa yaşayış səviyyəsini və əhalinin iqtisadi rifahını əks etdirir. Adambaşına düşən AQP-əsaslı ÜDM ölkələrdəki qiymət fərqlərini nəzərə alaraq, gəlirin real alıcılıq gücünü ölçür. Yəni eyni məbləğin fərqli ölkələrdə hansı məhsul və xidmətləri ala biləcəyini müqayisə edir.

Hər üç əsas komponent üzrə – sağlamlıq, təhsil və gəlir səviyyəsi – Fransa Azərbaycandan xeyli öndədir. Fransa "çox yüksək inkişaf etmiş", Azərbaycan isə yalnız "yüksək inkişaf etmiş" ölkə kateqoriyasındadır.

Bundan əlavə, 2025-ci il üzrə digər əsas sosial-iqtisadi göstəricilərin müqayisəsi də aşağıdakı kimidir:

Azərbaycan və Fransanın sosial-iqtisadi göstəriciləri

Mənbələr: Sosial.gov.az, Modern.az, Apa.az, Meclif.gov.az, Tradingeconomics.az, Almondfinancial.co.uk, Service-public.fr, Staffmatch.com

Yuxarıdakı məlumatlar bir daha göstərir ki, Fransa Azərbaycanla müqayisədə demək olar ki, bütün əsas sosial və iqtisadi göstəricilər üzrə daha yüksək mövqedədir. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Eldar Əzizovun "Azərbaycanda yaşayış səviyyəsi Fransaya bərabərdir" yanlışdır.

Yanlış
  • 12 İyun, 2025
  • 90

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə