logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Elman Nəsirovun yanlış iddiası: ÜDM-in formalaşmasında neft-qaz və qeyri neft-qaz sektorunun nisbəti 51-49 faizdir

Xəbərin qısa icmalı

“TV Musavat” Youtube kanalında yayımlanan “Gərgin Debat” proqramında (dəqiqə 53:41) Milli Məclisin deputatı Elman Nəsirov iddia edib ki, Azərbaycanın ÜDM-nin formalaşmasında neft-qaz və qeyri neft-qaz sektorlarının nisbəti 51-49 faizdir.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda 123,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib ki, bunun da 63,1%-i qeyri neft-qaz sektorunun payına düşüb. 2024-cü ildə isə Azərbaycanda 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bunun da 68%-i qeyri-neft-qaz sektorunun payına düşüb.

"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda 123,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib ki, bunun da 63,1%-i qeyri neft-qaz sektorunun payına düşüb. 2024-cü ildə isə Azərbaycanda 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bunun da 68%-i qeyri-neft-qaz sektorunun payına düşüb.

Beləliklə, son iki ildə ÜDM-də qeyri neft-qaz sektorunun payı 63,1 və 68 faiz olub. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Elman Nəsirovun səsləndirdiyi iddia yanlışdır.

Yanlış
  • 18 Avqust, 2025
  • 39

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə