logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Londonda Fələstinə dəstək aksiyasında polis yandırılıb

Saxta xəbər: Londonda Fələstinə dəstək aksiyasında polis yandırılıb

Xəbərin qısa icmalı

Alioglu” teleqram kanalı Londonda “fələstinpərəst etirazçıların polisi yandırdığı”nı iddia edən görüntülər paylaşıb.

- Sözügüdən görüntülər 2020-ci ildə Meksikada çəkilib. “The Sun” qəzeti yazır ki, hadisə Qvadalaxarada yerli sakinlər "inzibati xətaya" görə həbs edildikdən sonra ölən 30 yaşlı Giovanni Lopez üçün nümayiş zamanı lentə alınıb. 

Noyabrın əvvəlində London şəhərində Fələstin tərəfdarlarının yürüşü keçirilib

Aksiyalardan sonra 17 mindən çox izləyicisi olan “Alioglu” teleqram kanalı Londonda “fələstinpərəst etirazçıların polisi yandırdığı”nı iddia edən görüntülər paylaşıb.

Skrinşot “Alioglu” teleqram kanalından götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Londonda keçirilən yürüşdən sonra ictimai asayişi pozmaqda, irqi motivli cinayətlərdə və polis əməkdaşına hücumda şübhəli bilinən 29 nəfər saxlanılıb, onlardan 6-na qarşı ittiham irəli sürülüb.

Ancaq polisin yandırılması görüntüləri Londonda keçirilən aksiyaya aid deyil.

Belə ki, sözügüdən görüntülər 2020-ci ildə Meksikada çəkilib. “The Sun” qəzeti yazır ki, hadisə Qvadalaxarada yerli sakinlər "inzibati xətaya" görə həbs edildikdən sonra ölən 30 yaşlı Giovanni Lopez üçün nümayiş zamanı lentə alınıb. 

Foto “mexiconewsdaily.com” saytından götürülüb

Həmin görüntünü Meksika saytlarında da görmək mümkündür. Yandırılan polisin qolundakı Meksika bayrağını görmək mümkündür.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, polisin yandırılması görüntülərinin Londonda Fələstinə dəstək məqsədilə keçirilən yürüş zamanı çəkilməsi barədə iddialar saxtadır.

Saxta
  • 27 Noyabr, 2023
  • 239

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə