logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Türkiyədə heykəli “sünnət” ediblər?

Türkiyədə heykəli “sünnət” ediblər?

Xəbərin qısa icmalı

Noyabrın 6-da “HamamTimes”ın “İnstaqram”“Feysbuk” səhifələrində Türkiyədə arxeoloji qazıntılar zamanı tapılan heykəlin penisinin sındırıldığı ilə bağlı paylaşım edilib. 

Göbəklitəpə və Karahantəpədə aparılan qazıntıların rəhbəri professor Necmi Karul mətbuata açıqlamasında bildirib ki, heykəlin sındırılmasından söhbət belə gedə bilməz, bütün bu müzakirələr yersizdir.

- Əslində arxoleoloji qazıntılar zamanı tapılan heykəllərin penisləri “sünnət edilməyib”. Bu heykəllər tapılan zaman onların penisləri qırılmış vəziyyətdə olub. Sonradan penislər heykələ birləşdirilib. 

Noyabrın 6-da “HamamTimes”ın “İnstaqram”“Feysbuk” səhifələrində Türkiyədə arxeoloji qazıntılar zamanı tapılan heykəlin penisinin sındırıldığı ilə bağlı paylaşım edilib. 

Skrinşot “HamamTimes”ın “Feysbuk” səhifəsindən götürülüb. 

Skrinşot “HamamTimes”ın “İnstaqram” hesabından götürülüb.

“Fakt Yoxla” paylaşımda yer alan iddianın doğru olub-olmadığını yoxlayıb. 

Sentyabrın 30-da Türkiyə mediası Şanlıurfa şəhərində yerləşən 12 min illik tarixə sahib Göbəklitəpədə çöl donuzu heykəli, Karahantəpədə isə 2,3 metr hündürlüyündə insan heykəli tapılması ilə bağlı xəbərlər dərc edib. 

Heykəlin penisinin sındırıldığı ilə bağlı araşdırma edərkən mövzunun Türkiyə mediasında da müzakirə olunduğunu görmək mümkündür. 

Skrinşot “Arkeofili” saytından götürülüb.

Skrinşot “Rudaw.net” saytından götürülüb.

Göbəklitəpə və Karahantəpədə aparılan qazıntıların rəhbəri professor Necmi Karul mətbuata açıqlamasında bildirib ki, heykəlin sındırılmasından söhbət belə gedə bilməz, bütün bu müzakirələr yersizdir:

“Qazıntılar zamanı tapılan heykəllərin fotolarına baxsanız, Neolit dövrünə aid bütöv halda tapılan heykələ rast gələ bilməzsiz. Heykəllərin burunları 99 faiz qırılıb, bir neçə istisna olmaqla üzərində penisi olan heykəl yoxdur. Demək olar ki, hamısının hər hansısa üzvü qırılıb. Bu heykəllər burunsuz, çənəsiz və penissiz olmaqla 3 hissəyə bölünmüş halda tapıldı. Daha sonra üç hissə birləşdirildi. Hətta yerindən qaldırıldığı zaman belə üzərində penisi yox idi. İkinci hissə hələ tapılmamışdı. Bu parçaları tonlarla daşın arasından tapmalısınız. Hətta biz bu daşları tapıntının hissəsi olma ehtimalına görə toplayıb sonra bir-bir yoxlayırıq. Bu heykəlin penis hissəsi günün sonunda tapıldı və daha sonra yerinə qoyuldu”.

Foto DHA-nın saytından götürülüb.

Foto DHA-nın saytından götürülüb.

Beləliklə, əslində arxoleoloji qazıntılar zamanı tapılan heykəllərin penisləri “sünnət edilməyib”. Bu heykəllər tapılan zaman onların penisləri qırılmış vəziyyətdə olub. Sonradan penislər heykələ birləşdirilib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, heykəlin penisinin sındırılması ilə bağlı paylaşım saxtadır.

Saxta
  • 27 Noyabr, 2023
  • 568

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə