logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İlham Əliyev: “Naxçıvan özünü əsas ərzaq məhsulları ilə təmin edir”

İlham Əliyev: “Naxçıvan özünü əsas ərzaq məhsulları ilə təmin edir”

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına (MR) səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına müsahibə  verib. 

İlham Əliyev qeyd edib ki, Naxçıvan hələlik özünü südlə təmin edə bilməsə də, əsas ərzaq məhsulları ilə təmin edir. 

“Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir”, – deyə Əliyev vurğulayıb.

“Fakt Yoxla” Prezidentin bu iddiasının doğru olub-olmadığını yoxlayıb. 

Dövlət Statistika Komitəsi (DSK) “Ev təsərrüfatları tədqiqatının əsas yekunları” adlı hesabatında ölkənin iqtisadi rayonları üzrə ərzaq məhsullarının adambaşına istehlakını açıqlayıb. 

Hesabatda Naxçıvan MR-da adambaşına düşən əsas ərzaq istehlak aşağıdakı kimi göstərilib.

Naxçıvan Muxtar Respublikasında adambaşına istehlak

2019-cu il

Sıra

№-si

Ərzaq məhsulu

Adambaşına istehlak (kiloqramla)

1.

Çörək və çörək məhsulları

132.7

2.

Kartof

71.0

3.

Tərəvəz və bostan məhsulları

103.8

4.

Meyvə və giləmeyvə

77.5

5.

Ət və ət məhsulları

32.9

6.

Süd və süd məhsulları (südə çevirməklə)

267.5

7.

Balıq və balıq məhsulları

6.4

8.

Yumurta (ədəd)

157

9.

Qənd və qənnadı məmulatları

29.1

10.

Bitki yağı, marqarin və digər piylər

11.1

11.

Kərə yağı*

7

*Hesabatda kərə yağı istehlakı barədə ayrıca məlumat verilmir. Lakin Azərbaycanda qida istehlakının mininum həddi ilə bağlı hökumətin qərarına əsasən, adambaşına hər il 7 kiloqrama yaxın kərə yağı istehlak edilməlidir.

2020-ci ilin əvvəlinə Naxçıvan MR-nın əhalisi 459 min 625 nəfər olub.

Əhali sayı və adambaşına düşən ərzaq məhsulu istehlakı göstəricisi ilə Naxçıvanda əsas ərzaq məhsullarının istehlak həcmi və mövcud istehsal gücü arasında fərqi müəyyənləşdirmək mümkündür.

Naxçıvan Muxtar Respublikasında istehsal və istehlak  həcmi

2019-cu il

 

Sıra

№-si

Ərzaq

İstehlak həcmi (ton) Mövcud istehsal   Özünü təmin etmə əmsalı %

1.

Çörək və çörək məhsulları (un ekvivalentində)

60 992

53300

 

87.3

2.

Kartof

32 633

50 092

 

153

3. 

Tərəvəz və bostan məhsulları

47 709

125 596

 

263

4.

Meyvə və giləmeyvə

35 621

52 022

 

146

5.

Ət və ət məhsulları

15 121

15 517

 

102

6.

Süd və süd məhsulları (südə çevirməklə)

122 950

85 638

 

70

7.

Balıq və balıq məhsulları

2 942

m/y

 

m/y

8.

Yumurta (ədəd)

72 161

89 630

 

124

9.

Qənd və qənnadı məmulatları

13 375

1885,1

 

14

10.

Bitki yağı, marqarin

5 102

0

 

0

11.

Kərə yağı

3000*

1210

 

40

*Cədvəl Naxçıvan MR əhalisinin sayına əsasən minimum istehlak normasına görə hesablanıb.

DSK-nın ən son açıqlamasına görə, Naxçıvanda buğda istehsalı 77 min ton ətrafındadır. Dünya Ərzaq Təşkilatının standartına əsasən, 1 ton buğdadan 730 kq. un istehsal olunur. Lakin DSK-nın ölkə üzrə buğda balansı statistikasına görə, mövcud buğda ehtiyatının orta hesabla 6%-i quruma, daşınma və s. səbəblərə  görə itkiyə gedir. Beləliklə, Dünya Ərzaq Təşkilatının standartını və itkilərlə bağlı rəsmi statistikanı nəzərə aldıqda, Naxçıvanın hazırkı buğda istehsalı 53300 ton təşkil edir. Bu isə onun faktiki istehlakının 87.3%-ni təşkil edir. Amma istehsal edilən buğdanın müəyyən hissəsi toxumluq və yem məqsədilə istifadə edildiyindən bu amil MR-nın özünü unla təminat səviyyəsini daha da aşağı salır.

Beləliklə, Naxçıvan MR istehlak səbəti üzrə 11 əsas növ ərzaq məhsulundan 5-ni (kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, yumurta) təmin edə bilir. Digər 5 əsas ərzaq məhsulu– şəkər və qənnadı məmulatları, bitki yağları, kərə yağı və un, süd istehlakında öz ehtiyacını qarşılaya bilmir.   

“Fakt Yoxla”nın əldiyi nəticəyə görə, Prezidentin iddiası yarı doğrudur. 

P.S Bitki yağı və marqarin istehsalına dair məlumatlar dərc olunmağından bu məhsulun Naxçıvan MR üçün təminat əmsalını hesablamaq mümkün olmayıb.

Yarı doğru
  • 18 May, 2021
  • 923

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə