logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Sahar Azeri”dən saxta görüntü: Təl-Əvivdə bombalanan hava limanı

“Sahar Azeri”dən saxta görüntü: Təl-Əvivdə bombalanan hava limanı

Xəbərin qısa icmalı

İranın Azərbaycan dilində yayımlanan "Səhər Azəri" kanalının “Instagram” səhifəsində paylaşılmış videoda iddia olunur ki, İsrailin Təl-Əviv yaxınlığında yerləşən Ben-Qurion beynəlxalq hava limanı İranın raket hücumu nəticəsində dağıdılıb.

“Səhər Azəri” kanalının yaydığı görüntülər 22 may 2025-ci ildə “Instagram”da fəaliyyət göstərən, tez-tez süni intellektlə yaradılmış videolar paylaşan bir hesab tərəfindən hazırlanıb. Bu isə İsrail-İran müharibəsinin başladığı tarixdən xeyli əvvəldir. 

- Əlavə olaraq, Ben-Qurion hava limanınına hücumla bağlı nə İsrail Müdafiə Ordusu (IDF), nə də beynəlxalq xəbər agentlikləri tərəfindən heç bir məlumat təsdiqlənməyib.

İranın Azərbaycan dilində yayımlanan "Səhər Azəri" kanalının “Instagram” səhifəsində paylaşılmış videoda iddia olunur ki, İsrailin Təl-Əviv yaxınlığında yerləşən Ben-Qurion beynəlxalq hava limanı İranın raket hücumu nəticəsində dağıdılıb. Görüntülərdə geniş dağıntılar, alovlanan obyektlər və İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr nümayiş olunur. Video 117 min baxış toplayıb və “Təl-Əvivin Ben-Qurion hava limanı İranın hücumundan sonra bu hala qalıb!” başlığı ilə təqdim olunub.

Skrinşot “saharazeritv” adlı instagram hesabından götürülüb

“Fakt Yoxla” fotonun doğru olub-olmamasını araşdırıb.

2025-ci ilin iyunun 13-də İsrailin İrana hücumundan sonra iki ölkə arasındakı gərginlik birbaşa hərbi toqquşmaya çevrildi. Tərəflər bir-birinin ərazisinə raket zərbələri endirsələr də, foto reallığı əks etdirmir. Araşdırmalar göstərir ki, “Səhər Azəri” kanalının yaydığı görüntülər 22 may 2025-ci ildə “Instagram”da fəaliyyət göstərən, tez-tez süni intellektlə yaradılmış videolar paylaşan bir hesab tərəfindən hazırlanıb. Bu isə İsrail-İran müharibəsinin başladığı tarixdən xeyli əvvəldir. 

Skrinşot “3amelyon” adlı instagram hesabından götürülüb

Bundan əlavə, İsrailin Ben-Qurion hava limanı sivil obyekt olaraq fəaliyyət göstərir və burada döyüş təyyarələrinin yerləşdirilməsi ağlabatan deyil. İsrail Hərbi Hava Qüvvələrinin əsas bazaları (məsələn, Hatzor, Ramat David və Nevatim kimi hərbi aerodromlar) mülki infrastrukturdan tamamilə ayrıdır.

Əlavə olaraq, Ben-Qurion hava limanınına hücumla bağlı nə İsrail Müdafiə Ordusu (IDF), nə də beynəlxalq xəbər agentlikləri tərəfindən heç bir məlumat təsdiqlənməyib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, görüntülər saxtadır.

Instagram, “saharazeritv”

Instagram, “3amelyon”

Saxta xəbər
  • 7 İyul, 2025
  • 49

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə