logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın yanlış iddiası: ABŞ-də əmək bazarında təklif tələbi 3 dəfə üstələyir

Deputatın yanlış iddiası: ABŞ-də əmək bazarında təklif tələbi 3 dəfə üstələyir

Xəbərin qısa icmalı

- Milli Məclisin deputatı Zahid Oruc Amerika Birləşmiş Ştatlarının əmək bazarında təklifin tələbi 3 dəfə üstələdiyini iddia edib. 

- ABŞ-da Əmək Statistikaları Bürosunun (Bureau of Labor Statistics - BLS) məlumatlarına əsasən, bu ilin fevral və mart aylarında ABŞ-da əmək qabiliyyətli əhali təxminən 170 milyon nəfər, məşğul əhali təxminən 163.5 milyon nəfər təşkil edib.  Bu ilin aprel ayı üçün isə, 171,1 milyon əmək qabiliyyətli əhali olub ki, onların da 164 milyonu məşğul əhalidir. Beləliklə, DOGE yaradılandan sonra işsiz əhalinin sayı demək olar dəyişməyib: təqribən 7 milyon nəfər. Mart ayında 7,2 milyon vakansiya olub. Həmin dövr üçün də işsizlərin sayı təqribən 7 milyon idi. Bu nəticələrə əsasən hər bir işsizə 1,02 vakansiya düşüb. 

Milli Məclisin deputatı Zahid Oruc Amerika Birləşmiş Ştatlarının əmək bazarında təklifin tələbi 3 dəfə üstələdiyini iddia edib. 

“ABŞ-də yaradılan Hökumətin Effektivliyi Departamenti inqilabi qərarları - kütləvi ixtisarları, işçilərin hər həftə hesabat verməsini və bürokratik sistemi zəiflətməyi - ona görə bacarır ki, əmək bazarında təklif tələbi 3 dəfə üstələyir”, deyə o bildirib. 

Fakt Yoxla” bu iddianın doğru olub olmadığını yoxlayıb.

Əmək bazarında tələb və təklif uyğun olaraq işə götürənlərin və iş axtaranların sayını bildirir. Bazarda öz əməyini təklif edənlər təklif tərəfini, bazarda işçi axtaranlar isə tələb tərəfini təşkil edirlər.

ABŞ-də yaradılan və Elon Musk və Vivek Ramasvaminin idarə etdiyi Hökumətin Effektivliyi Departamenti - DOGE (Department of Government Efficiency) prezident Donald Trump tərəfindən təsis edilmiş federal təşəbbüsdür. Bu departamentin məqsədi federal hökumətin xərclərini azaltmaq, bürokratik strukturları sadələşdirmək və mərkəzləşdirilmiş texnoloji sistemlərin yaradılması ilə şəffaflıq və hesabatlılığı təmin etməkdir. İndiyə kimi DOGE-nin rəhbərliyi altında bir çox federal agentliyin daxili prosesləri sadələşdirilmiş, tənzimləyici qaydalar ləğv edilmiş və bəzi bürokratik strukturlartamamilə bağlanmışdır. Məsələn, Milli Əmək Münasibətləri Şurası (NLRB) və Təhsil Departamentinin bəzi bölmələri artıq fəaliyyət göstərmir və onların vəzifələri ya digər agentliklərə ötürülüb, ya da ləğv edilib. DOGE vasitəsilə “israfçılığı azaltmaq” və “robotlaşdırma və avtomatlaşdırma ilə əvəzləmək” məqsədilə işçi ixtisarları həyata keçirilib. 

ABŞ-da Əmək Statistikaları Bürosunun (Bureau of Labor Statistics - BLS) məlumatlarına əsasən, bu ilin fevral və mart aylarında ABŞ-da əmək qabiliyyətli əhali təxminən 170 milyon nəfər, məşğul əhali təxminən 163.5 milyon nəfər təşkil edib.  Bu ilin aprel ayı üçün isə, 171,1 milyon əmək qabiliyyətli əhali olub ki, onların da 164 milyonu məşğul əhalidir. Beləliklə, DOGE yaradılandan sonra işsiz əhalinin sayı demək olar dəyişməyib: təqribən 7 milyon nəfər.

Mart ayında 7,2 milyon vakansiya olub. Həmin dövr üçün də işsizlərin sayı təqribən 7 milyon idi. Bu nəticələrə əsasən hər bir işsizə 1,02 vakansiya düşüb. 

ABŞ-də əmək bazarında təklif tələbi üç dəfə üstələsəydi iş axtaranların sayı iş yerlərinin sayından 3 dəfə çox olardı. Araşdırmamızdan da göründüyü kimi ABŞ-da hazırda bu hal yaşanmır.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə Zahid Orucun iddiası yanlışdır.

Yanlış
  • 26 May, 2025
  • 80

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə